2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlin Cumhuriyyətçisi İlkin Rüstəmzadə oldu

Həbsdə olan bloqqer İliin Rüstəmzadə D18 Hərəkatının təsis etdiyi “İlin Cümhuriyyətçisi” mükafatına layiq görülüb.
Hərəkatın bununla bağlı keçirdiyi mərasimdə bildirilib ki, 4 ildən artıqdır həbsdə olan İ.Rüstəmzadə bu müddət ərzində demokratikləşmə ideyalarından dönməyib. Davamlı olaraq mübarizə aparıb.
“İlin Cümhuriyyətçisi” mükafatı həbsdəki bloqerin anasına təqdim olunub.
Mərasimdə bloqerin həmkarları, siyasi partiyaların, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Bundan əvvəl “İlin Cümhuriyyətçisi” mükafatı həbsdəki jurnalist Seymur Həziyə və Hüquq Marifçiliyi Cəmiyyətinin prezidenti, keçmiş siyasi məhbus İntiqam Əliyevə təqdim olunub.
“İlin Cümhuriyyətçisi” mükafatını 3 il əvvəl D18 Hərəkatının təsis edib. Mükafat hər il 28 May – Respublika Günü öncəsində təqdim olunur.
İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının həbs edilən 8 üzvündən biridir. Gənclər kütləvi iğtişaşların təşkili, narkotik maddə və silah saxlamaq kimi ittihamlarla uzun müddətə həbs olunublar.
Onların həbsinə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyası təşkil etmələri səbəb göstərilir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Rəşad Həsənovu, Məmməd Əzizovu 7 il yarım, Bəxtiyar Quliyevlə Üzeyir Məmmədlini 7 il və Şahin Novruzlunu 6 il azadlıqdan məhrum etmişdi.
“Amnesty International” hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları “vicdan məhbusları” adlandırıb. Sonradan İ.Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıblar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button