2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İngilis maşınlarının Azərbaycana ixracında yüksəliş: Azərbaycandan Rusiyaya ixracda da “artım var”

SkyNew-un araşdırması göstərir ki, Rusiya Ukraynadakı müharibəyə görə ona tətbiq olunmuş sanksiyalardan keçmiş Sovet ölkələri vasitəsilə yayınaraq bahalı brendlərin də daxil olduğu avtomobilləri ölkəyə gətirir.

“Məlum olur ki, britaniyalı avtomobil istehsalçıları hətta Ukraynanı işğalına görə Rusiyaya sanksiyalar tətbiq olunduqdan sonra da yüz milyonlarla funt dəyərində avtomobilləri keçmiş Sovet ölkələrinə ixrac etməklə satıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycana ixracda artım görünməmiş dərəcədədir, lakin bu, həm də sanksiyaların tətbiqindən əvvəlki iki il ərzində Rusiyaya edilmiş illik avtomobil ixracı ilə eyni miqyasdadır və orta hesabla 330 milyon funt (təxminən 717 milyon manat) təşkil edir”, SkyNews yazır.

Böyük Britaniyanın rəsmi statistikası ilə yanaşı, Sky News BMT-nin beynəlxalq ticarət məlumatlarını da təhlil edib və məlum olub ki, Britaniyanın Azərbaycana avtomobil ixracında görünməmiş artımın qeydə alındığı dövrdə Azərbaycanın Rusiyaya avtomobil ixracında da ciddi artım qeydə alıb.

Sky öz mənbələrinə istinadla iddia edir ki, alman avtomobilləri alan rus alıcıları onları Qırğızıstan vasitəsilə göndərirlər, Britaniya avtomobilləri üçün isə marşrut kimi Azərbaycandan istifadə etməyə üstünlük verirlər.

Sanksiyalardan yan keçməkdə Rusiyaya kömək etməkdə ittiham edilən təkcə Azərbaycan deyil. 2023-cü ilin iyul ayında Böyük Britaniyanın Financial Times nəşri yazırdı ki, Ermənistanın Gümri şəhərinin Avropa və ABŞ bazarlarından Rusiyaya avtomobil daşınması üçün mərkəzə çevrilməsinə dair məlumatlar var.

“Avtomobil almaq istəyən gənc ruslar üçün ticarət yolu üzərində yerləşən Qafqaz regionu işlənmiş maşınların Rusiyaya daşınmasında əsas dayanacaqdır”, – qəzet yazıb.

“Ermənistanın ikinci böyük şəhəri olan Gümridəki gömrük binası istiqamətində çox sayda avtomobillərin yaratdığı uzun cərgələri görmək mümkündür. Maşınların çoxunun bəzi hissələri əzilmiş vəziyyətdədir və qapıları plastik torbaların köməyi ilə bağlanıb”, FT müxbirləri Polina İvanova və Chris Cook-un yazdığı məqalədə qeyd olunur.

FT-nin yazdığına görə, Rusiyaya müxtəlif növ yük ixrac edən ölkələr arasında ən çox artım, Ukrayna müharibəsi başlayandan bəri, Ermənistanda qeydə alınıb.

Bu ölkədən Rusiyaya daşınan qeyri-ərzaq malları arasında ən çox gözəçarpan məqam avtomobil ixracında baş verib.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button