2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İngilis qəzeti dünyaya belə elan etdi: Müharibə Putinin qapısındadır! İlk görüntüləri təqdim edirik

2023-08-09 16:09:52

class=”mediyanet-inline-adv”>

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir…

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya prezidenti Putinin ötən ilin fevralında verdiyi sərəncamla başlayan qanlı müharibə can almaqda davam edir.

Ukraynanın aylarla gözlədiyi hücumu başlayandan sonra Kiyev Moskvanı hədəfə almaqda davam edir.

Ukrayna ordusunun son hədəfi Moskva yaxınlığındakı hərbi zavod olub.

İngilis Teleqraf qəzetində yer alan xəbərə görə, Moskva yaxınlığındakı Rusiya ordusu üçün durbin və gecəgörmə cihazları istehsal edən fabrikdə şiddətli partlayış baş verib.

Eyni xəbərə görə, partlayış nəticəsində qırxdan çox adam yaralanıb.

class=”mediyanet-inline-adv”>

Digər bir İngilis qəzeti Daily Mail bu inkişafı ‘Müharibə Putinin qapısındadır’ başlığı ilə açıqladı.

Xəbərdə, “İHA hücumu paytaxtı hədəf alarkən, Moskva yaxınlığındakı Rusiya müdafiə fabrikində böyük partlayış baş verdi.”

Alınan ilk məlumat partlayışın pilotsuz təyyarənin hücumundan sonra baş verməsi olub.

Lakin Rusiya rəsmiləri bu iddianı təkzib ediblər. Partlayışın şiddətindən fabrik yaxınlığındakı bəzi evlərin şüşələrinin sındığı öyrənilib.

Ətrafdakı təhlükəsizlik kameralarına əks olunan görüntülərdə partlayışla birlikdə nəhəng səs-küyün eşidildiyi və fabrikdən sıx tüstünün qalxdığı görülüb.

Digər tərəfdən, Rusiya iki pilotsuz uçuş aparatı (PUA) ilə Moskvaya qarşı edilən hücum cəhdinin hava hücumundan müdafiə sistemləri ilə qarşısının alındığını açıqlayıb.

Britaniya qəzeti dünyaya belə elan etdi: Müharibə Putinin qapısındadır.İlk görüntüləri təqdim edirik

Moskva meri Sergey Sobyanin sosial media hesabından verdiyi açıqlamada “İki pilotsuz uçuş aparatının (PUA) şəhərə doğru uçduğu qeyd edilib. “Onların hər ikisi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Sobyanin bir pilotsuz təyyarənin şəhərin cənubundakı Domodedovo bölgəsində, ikinci pilotsuz təyyarənin isə paytaxtın qərbindəki Minsk şossesi ərazisində vurulduğunu bildirib. Məhv edilmiş pilotsuz təyyarələrin yaratdığı dağıntılar səbəbindən xəsarət alan olmadığını deyən Sobyanin hadisə yerinə ilk yardım qruplarının göndərildiyini bildirib.

class=”mediyanet-inline-adv”>

Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatları ilə hücuma cəhd etdiyini bildirib. Hava hücumundan müdafiə sistemlərinin iki PUA-nı məhv etdiyini bildirən nazirlik, can itkisi və dağıntının olmadığını açıqlayıb.

Bildirilir ki, sözügedən hücum cəhdi bu həftə Moskvaya üçüncü hücum cəhdidir. Keçən avqustun 1-də Moskvada bir binaya 2 gündə iki dəfə pilotsuz təyyarə ilə hücum edilib və Rusiya hücumları Ukraynanın həyata keçirdiyini iddia edib. Məsələ ilə bağlı Ukrayna tərəfindən heç bir açıqlama verilməyib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button