2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İngilis qəzetindən Rusiya-Ukrayna müharibəsi ilə bağlı çaşdırıcı iddia!

2023-07-29 19:17:33

class=”mediyanet-inline-adv”>

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, İngiltərənin Financial Times qəzeti yeni bir iddia ilə çıxış edib. “Financial Times” yazıb ki, Ukrayna Rusiyada Şimali Koreyanın raket sistemlərindən istifadə edib. Qəzetdə Şimali Koreya silahlarının Ukraynanın şərqindəki Baxmut şəhəri yaxınlığında ukraynalı əsgərlər tərəfindən istifadə edildiyi, sözügedən silahların sovet dövründən çoxlu raket atıcı sistemlər olduğu bildirilib. Qəzet onu da bildirib ki, Ukrayna Müdafiə Nazirliyi bu silahları Rusiya ordusundan ələ keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Digər tərəfdən, ABŞ Şimali Koreyanı Rusiyaya dəniz yolu ilə hərbi texnika verməkdə günahlandırsa da, Ukrayna ordusunun Şimali Koreya raketlərindən istifadə etdiyinə dair heç bir “qəti” dəlilin olmadığı bildirilir.

RƏMƏT SİSTEMLERİ RUSİYA NAZİRİNƏ TƏQDİM EDİLDİ

Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyulun 26-da Koreya müharibəsində atəşkəsin ildönümünün qeyd edildiyi “Qələbə günü” münasibətilə Şimali Koreyanın paytaxtı Pxenyana səfər edib. Şimali Koreya lideri Kim Çen In və nazir Şoyqu “Qələbə günü” qeyd etmələri üçün modernləşdirilən və hazırlanan Şimali Koreyanın yeni hərbi texnikası sərgisini ziyarət ediblər. Şimali Koreya lideri Şoyqunu Şimali Koreyanın ballistik raket sistemləri və yeni pilotsuz uçuş aparatları (PUA) ilə tanış edib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button