2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İngiltərənin baş naziri Sunak barəsində istintaq başladılıb

2023-04-17 19:49:06

class=”medianet-inline-adv”>

Böyük Britaniyanın baş naziri Rişi Sunakın gəlir bəyannaməsi ilə bağlı istintaq başladılıb. Britaniya parlamentinin rəsmi internet saytında verilən açıqlamada, Parlament Standartları rəsmisi Daniel Greenbergin parlament üzvlərindən bütün gəlirlərini bildirmələrini tələb edən 6-cı maddəyə uyğun olaraq aprelin 13-də Sunakla bağlı araşdırma başlatdığı bildirilib. Bəyanatda başqa təfərrüatlara yer verilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Baş nazirlik sözçüsü, Sunakın həyat yoldaşı Akshata Murty’nin ortağı olduğu uşaq baxım şirkəti Koru Kids ilə əlaqələri səbəbiylə gəlir hesabatının mümkün pozuntusunu araşdırmaq üçün istintaqa başlanıldığını və istintaqa kömək edəcəklərini ifadə etdi.
Koru Kids, uşaq baxıcılığını təşviq etmək üçün keçən ay büdcədə təklif olunan pilot proqramdan faydalana biləcək altı özəl uşaq baxıcısı arasındadır və müəssisə vasitəsilə təhsil alanlara 1200 funt sterlinq təklif olunur.

İstintaq zamanı Sunakın davranış kodeksini pozduğu aşkar edilərsə, ondan pozuntunu etiraf etməsi və üzr istəməsi tələb oluna bilər. Sunak, martın 28-də komitə qarşısında uşaq baxıcılığının təşviqi ilə bağlı çıxışında həyat yoldaşının şirkətindən bəhs etmədi və İşçi Partiyasından olan millət vəkili Catherine McKinnell’in elan edəcəyi bir şeyin olub-olmadığını soruşduqda, o, “Xeyr” cavabını verdi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button