2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“İnqilabın səsi” platformasının üzvü inzibati həbs edildi (yenilənib)

Siyasi fəalın evinin yanıından aparıldığı məlum olub

“İnqilabın Səsi” platformasının üzvü Məhərrəm Əkbərova Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.

***

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyənin Orta Doğu Texnik Universitetinin (ODTÜ) tələbəsi Məhərrəm Əkbərovun Xırdalanda, yaşadığı evin yaxınlığından aparıldığı bildirilir. Bu barədə onun dostları və yaxınları sosial şəbəkələrdə məlumatlar paylaşır. 

D18 Hərəkatının sədri Əhməd Məmmədli məlumatı Meydan TV-yə təsdiqləyib, hazırda Məhərrəm Əkbərovun yaxınları, eləcə də üzv olduğu partiya ilə əlaqə saxladığını deyib.

Məhərrəm Əkbərov Türkiyədəki Sosialist Əməkçilər Partiyasının tərkibindəki “İnqilabın Səsi” platformasının üzvüdür.

Fəalın Bakı Şəhər Baş Polis İdarəsinin mülki əməliyyatçıları tərəfindən aparıldığı bildirilir, lakin ailəsinə heç bir məlumat verilmir. Onun hansı səbəbdən saxlanıldığı haqda məlumat yoxdur. Dostları onun saxlanılmasının siyasi olduğunu deyir, dərhal azad olunmasını tələb edirlər.

Sosial Əməkçilər Partiyasının “Twitter” hesabında da bu barədə məlumat paylaşılıb .

Yoldaşımız Məhərrəm Əkbərov bir müddət Azərbaycan polisi tərəfindən təqib olunduqdan sonra evinin yaxınlığından qaçırılıb. Ailəsinin gərgin səyləri qarşısında onun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı öyrənilib. Xalqı soyan Əliyev oliqarxiyası ancaq kobud güclə sağ qalmağa çalışır.

Bu təzyiqlər Azəri yoldaşları və “İnqilabin Səsi”ni dayandıra bilməyəcək! Məhərrəm yoldaş azad olunana qədər prosesi izləyəcəyik. Məhərrəm yoldaş dərhal azadlığa buraxılsın!”, – paylaşımda deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmraslanlı Meydan TV-yə Məhərrəm Əkbərovun saxlanıldığını təsdiqləyib. Bildirib ki, hazırda araşdırma aparılır.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button