Cəmiyyət

“InvestAZ”–a qarşı aparılan “çirkli” kampaniyanın faktlarla xronoloji ifşası: ANONİM MAİLLƏR, VİDEO QEYDİYYAT VƏ MƏHKƏMƏ ZƏFƏRİ

İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrından qovulan keçmiş səlahiyyətlisi Yunus Akgünün Azərbaycan şirkətinə qarşı qurduğu “teatr tamaşası” baş tutmadı

Uzun zamandır Türkiyədə fəaliyyət göstərən Azərbaycan sərmayəli InvestAZ yatırım şirkətinə qarşı bir sıra media qurumlarında müxtəlif məqalələr dərc olunmuşdur. Biz bu məsələ ilə bağlı daha dəqiq məlumatlar əldə etmək niyyəti ilə media araşdırması etməyi qərara aldıq.

7NEWS.az olaraq araşdırma edərkən bir çox təəccüblü və maraqlı hekayələrlə qarşılaşdıq. Etdiyimiz araşdırmanı oxuyucuların diqqətinə çatdırırıq.

Keçən ilin payız aylarında mediada InvestAZ şirkəti ilə bağlı istər Türkiyədə, istərsə də Azərbaycan mediasında müxtəlif iddialarla məqalələr dərc edildi. Belə ki, bu məqalələrdə şirkətin Yunus Akgün adlı şəxsin pulunu mənimsəməsi ilə bağlı iddialar yer alırdı. Biz məsələni dərindən araşdırdıq və belə nəticə ortaya çıxdı ki, sən demə bu iddialar əslində şirkətə qarşı yönəlmiş olan məqsədli şəkildə ssenariləşdirilmiş “etibarsızlaşdırmağa cəhd” adlı oyun imiş. Hətta biz bunu “teatr tamaşası” adlandırmağımız daha doğru olardı.

Çünki, bu iddiaların önünə verilən Türkiyə vədəndaşı Yunus Akgün adlı şəxs 2017-ci ilə qədər İstanbul Böyük Şəhər Bələdiyyəsinin teatrında müdir müavini kimi çalışmışdır. Sonrakı dönəmdə isə Yunus Akgün vəzifə səlahiyyətlərindən sui-istifadə, fırıldaqçılıq səbəbi ilə işdən qovulur.

Bu şəxs öz səlahiyyətli vəzifəsindən istifadə edərək bir çox vətəndaşa özünü etibarlı yatırımçı kimi göstərmiş və onlara böyük qazanc vədləri verərək külli miqdarda pullar almışdır. Bu barədə məlumatı Anadolu məhkəməsində şəxslə bağlı detalları araşdırarkən aşkar etdik. Belə ki, Y. Akgünün tender vəd etdiyi şəxslər pullarını geri tələb etmiş, ancaq nəticə əldə etmədikləri üçün məhkəməyə müraciət etmişlər. Çıxılmaz vəziyyətdə qalan Y. Akgün bu şikayətlərə cavab olaraq aldığı pulları InvestAZ şirkətinə yatırdığını söyləmiş və “param orda, aldığımda vericem” demişdir.

Apardığımız araşdırmaya əsasən bu şəxs topladığı pulları (Təqribən USD 650.000) 2017-ci il ərzində riskli və uğursuz birja əməliyyatları edərək itirmişdir. İtirdiyi pulları qaytarmaq və mənimsədiyi pullardan şikayət edənlərə cavab niyyəti ilə Yunus Akgün bir “şantaj tamaşa ssenarisi” hazırlayır. Belə ki, 2018-ci ilə qədər aldığı pulları geri verə bilməyən bu şəxs guya şirkətə 2.5 milyon dollar pul yatırmış olduğu sənədi (proqramlarla montaj yolu ilə məbləği şişirdilmiş) həmin şəxslərə göstərərək insanları bilərəkdən manipulyasiyə etmək niyyəti ilə vaxt qazanmağa çalışmışdır. Bu dönəmdə ondan pul tələb edən insanlar tərəfindən InvestAZ şirkətinə icra üçün təqib sənədləri göndərilmişdir. Bu sənəddə Mehmet Akcay adlı şəxsin Yunus Akgündən alacağı təqribən $100.000 məbləğin Yunusa deyil, ona ödənilməsini tələb olaraq istənilmişdir.

Y. Akgün öz iddialarında bu pulları Türkiyə və Azərbaycanda fəaliyyət göstərən InvestAZ şirkətinə yatırdığını yalandan qeyd etmişdir. Əslində isə bu şəxs yüksək kredit dəstəyi ilə əməliyyat etmək istəyi səbəbindən yatırımı xarici, Yeni Zellandiyada fəaliyyət göstərən InvestAZ Limited şirkətinə Türkiyədəki Bank hesabı vasitəsilə yatırmışdır. Müəyyən zaman kəsiklərində qeyd edilən şirkətə müxtəlif məbləğli pullar mədaxil və məxaric icra etmişdir. Bütün dövr ərzində əməliyyat zamanı yatırım etdiyi pulları itirmişdir. Hətta, şirkət həmin şəxsin hesab açdığı ilk dövrlərdə 1000 dollar vəsaiti İstanbul Bələdiyyəsində IBB işlədiyi dövrlərdə yatırım etdiyini təsdiq edir. Maraqlısı ondadır ki, Y. Akgün yatırım etdiyi InvestAZ Limited adlı şirkətə qarşı heç bir ittiham qaldırmamışdır. Və bu şəxs indiyə kimi şirkətin heç bir rəsmisi ilə bir araya gəlməmiş, heç buna cəhd belə etməmişdir.

Vətəndaşlardan pul toplayıb müxtəlif vədlər verən Y. Akgün beynində qurduğu “şantaj teatrı” üçün “tamaşaçı” toplamaq arzusunun arxasında həm də Azərbaycan şirkətinin nüfuzuna xələl gətirmək və etibarsızlaşdırmaq durduğu açıq-aşkar görünür.

Biz məsələnin bir az daha dərininə getdikcə daha şok edici reallıqlarla qarşılaşdıq. Belə ki, bu şəxs qeyd edilən məsələ ilə bağlı Türkiyədə gündəmdə olan mafia dəstələrindən də istifadə etmiş, eyni zamanda, Türkiyə dövlət rəsmilərini də doğru olduğuna inandırmağa çalışmışdır. Bu yetməyəcək kimi hər iki ölkədə fəaliyyət göstərən media qurumlarına “e-mail bombardmanı” edərək məsələni daha böyük kütləyə çatdırmaq, yəni daha çox insanı bu “teatr tamaşasına” tamaşaçı kimi cəlb etməyi hədəfləmişdir. Həmçinin, bu niyyətlə bütün mənbələri səfərbər edərək abırsızcasına requlyativ qurumlara, hətta TC Cumurbaşqanı Recep Tayyip Erdoğan adından istifadə edib müraciət edərək oyunlar qurmuşdur.

Bu məsələdə bir sıra maraqlı epizodlara da rast gəldik. Belə ki, həmin illərdə bir şəxs InvestAZ şirkətinin Azərbaycanda yerləşən ofisinə gələrək özünü Türkiyə vətəndaşı Yunus Akgün kimi təqdim etmiş, Cumhurbaşqanın təyinatı ilə şirkət sahibi Elşən Quliyevlə görüşmək istədiyini bildirmişdir. Maraqlısı olan odur ki, şirkətin mühafizə kameralarında bu şəxsin Yunus Akgün deyil, tamam başqa şəxs olduğu ortaya çıxmışdır. (red. Foto əlavə edilib).

 (İBB Teatr müdir yardımçısı vəzifəsində  - Yunus Akgün (Solda))
 (İBB Teatr müdir yardımçısı vəzifəsində  – Yunus Akgün (Solda))

 

(Baki ofisinə Yunus Akgün adı ilə gələn şəxs)

Çarəsizliyini və şantajçı niyyətini göstərən həmin şəxsin növbəti “tamaşası” da iflasa uğramış olur. Video stenoqramdan sitat:

 

– Ben Yunus Akgün, müşterinizim, Tayyip Erdoğanın şeyiyle geldim buraya, talimatiyle geldim, kendisinin randevusuyla geldim… (red. Videonun tam versiyası redaksiyamıza təqdim olunub, fotolar aşağıda)

 

Məsələ ilə bağlı şirkətdən bir sıra məlumatlar aldıqda məlum olur ki, bu şəxs tərəfindən dəfələrlə Türkiyənin requlyativ qurumlarına məktub ünvanlamışdır. Requlyativ qurumlar isə şirkət hesabatlarını incələdikdə Yunus Akgün adlı şəxslə bağlı heç bir məlumatın olmadığını bildirmişdirlər. Əlindən heçnə gəlməyən və ən yaxşı bacardığı şeyi – şantajçılıq və təhdidçiliyi seçən bu şəxs öz fəaliyyətini yenə dayandırmayaraq media üzərindən basqı edərək, borclu olduğu insanları inandırmağa davam etmişdir. Həmçinin, bu şəxs qeyri-rəsmi kanallarla şirkəti mafia yönümlü təhdid belə etmişdir. Belə ki, milyonlarla dollar pul verilməzsə şirkət və rəhbərləri üçün daha pis olacağını bildirmişdir.

Bütün bu araşdırmalar fonunda Y. Akgün adlı şəxsin əsl niyyəti bəlli olmaqdadır.

Bu şantaj və yalan dolu iddiların nəticəsi olaraq İstanbul 2-ci Ağır Cəza Məhkəməsi Yunus Akgün adlı şəxsin şikayətini qərəzli hesab etmiş və doğruluğuna dair heç bir isbat olmadığı üçün şirkətin səlahiyyətli nümayəndəliyinə tam bəraətlə qərarını qəbul etmişdir.

Bundan başqa Yunus Akgünün fırıldaqçılıq yolu ilə aldatdığı şəxslər də məhkəməyə müraciət etmiş, ifadə vermişlər. Həmin məhkəmədə zərərçəkmişlərdən birinin ifadəsindən sitat: “Yunus Akgünü tanıdığım zaman İstanbul Şehir Tiyatrolarında müdür yardımçısı olarak çalışırdı. Sanık 15 Temmuz olaylarından dolayı çalıştıkları firmalardan birisinin fetöçü olması nedeniyle işine son verildiğini, bu nedenle turizm işlerini 3 aylık süre ilə organize edeek turizm firması aradıklarını söylemesi üzerinə R (şərti ad) vasitesi ile önce M (şərti ad)-den patronuma söğlendiyi için o sırada da Büyükşehir Belediyyesinin tersine göç projesini yaptığımızdan teklifte hoşumuza gittiğinden patron sanığı belediyyedeki makamında ziyaret etti, ihalenin (red. Tender) doğrudan pazarlık usulu ile yapılacağını söyledi… şirketin işine son verildiğinden dolayı bir sonrakı ihalenin 3 ay sonra olacağını, bu süreçteki masrafları karşıladığımız takdirde işi bizim alabileceğimizi belirtiginden bizden para talep etti, ben sanığa elden 525.000,00 TL verdim. Davanın açılmasının ardından Yunus, “Parayı InvestAz adlı bir şirkete verdim” dedi. Zaman kazanmak ve suçu örtbas etmek için InvestAz’ı hedef aldı. Yunus sorumluluğunun farkında değildi ve başka bir şirketi hedef almıştır. Artıq yalan dünyası Yunus için bitmiştir”.

Maraqlı bir məqam var ki, Yunus Akgün tərəfindən məhkəməyə təqdim edilən sənədlərin bir çoxu təhrif olunmuş, montajlanmış, gerçəyə uyğun olmayan aldadıcı məlumatlar və iddialarla dolu idi. Təqdim edilən sənədlərin içərisində tək doğru sənəd, Y. Akgünün bütün dövr ərzində yatırdığı pulları Maliyyə bazarlarında öz telefonu ilə idarə edərək zərər etdiyinin isbat edən sənədi olmuşdur. Bu sənəd, əslində, şikayətin əsassız olduğunu göstərən, mənəviyyatsız və şantaj dolu məhkəmə şikayəti üçün yetərli bir dəlildir. Y. Akgünün öz vəsaiti maliyyə bazarlarında necə idarə etdiyi ilə bağlı qeyd edilən sənədi burada əlavə olaraq qeyd edirik. (red: bu linkə keçid edərək tanış ola bilərsiniz.)

 

Türkiyə və Azərbaycan son zamanlarda bütün dünyaya örnək yaxınlaşma yolunda sürətlə inkişaf etməkdədir. 44 günlük müharibədə ermənilər üzərində qazanılmış tarixi qələbənin fonunda Yunus Akgün və havadarlarının etdiklərinin ölkələrimiz arasındakı münasibətlərə heç bir zərər verə bilməz. Əlbəttə ki, Azərbaycan sərmayəli şirkətin özünü Türkiyədə nümunəvi bir şirkət kimi göstərməsi, öz sektoruna örnək olması bir sıra düşmən qüvvələri narahat etmişdir. Yunus kimi milli kimliyi bəlli olmayan adamlar səhvlərini özlərində yox, InvestAZ kimi şirkətlərdə axtarmaqla kimlərinsə dəyirmanına su tökməyini anlamaq elə də çətin deyildir.

Bütün bu məsələlərin bəzi detallarının 2 il sonra işıq üzü görməsi də zamanlama olaraq heç də təsadüfi deyildir.

Şirkətin tam bəraət qazandığını media işıqlandırdığı gündən etibarən anonim maillər üzərindən ölkəmizdəki bir sıra media qurumlarına göndərilən axmaq əsaslandırmalar ilə yenidən bu məsələni yanlış yerlərə yönəlməyə çalışdılar.

Mən özüm də bu məsələni bir jurnalist, azad media nümayəndəsi kimi araşdırmağı özümə borc bildim və bu məsələni dərindən araşdırmaq üçün InvestAZ şirkəti ilə əlaqə saxlayıb məsələnin reallığını qısa müddətdə öyrəndim və ümid edirəm ki, belə bir araşdırma istər oxuyucular, istərsə də media dostlarımız üçün faydalı olacaq.

Məyusedici məqam ondan ibarətdir ki, bu gün bütün dünya Türkiyə-Azərbaycan qardaşlığına qibtə edir. 44 günlük müharibədə şanlı ordumuzun göstərdiyi şücaət, Ali Baş Komandanın qətiyyəti və mənəvi olaraq Türkiyənin inanılmaz dəstəyi sözün əsl mənasında, dünya tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük savaş zamanı və post müharibə dönəmində Şəhid və Qazi ailələrinə dəstək olan, eyni zamanda, dövlətimzin adını dünyada ucaldan bir şirkətə qarşı Türkiyə vətəndaşı tərəfindən şər atılmasının yalnız bir adı var: erməni dəyirmanına su tökmək! Əslində, həm media, həm də vətəndaş olaraq bir azərbaycanlının ölkədə və dünyada sağlam şirkət qurmasını təqdir etməli və dəstək olmalıyıq. Ölkənin əsas media quruluşlarına bir maxinator, dələduz tərəfindən göndərilən şər, böhtan məzmunlu mətni dərc etmədən öncə peşəkar yanaşma sərgiləməli, hər iki tərəfin açıq-aydın, üzə çıxaraq münasibət bildirməyini təmin etməliyik. Azərbaycan mediası, dəyərli həmkarlarım anonim formada bütün saytlara 4-5 yazı atan fırıldaqçının alətinə çevrilməməlidir. Şirkətə isə bundan sonrakı fəaliyyətində uğurlar arzu edir və daha uğurlu pillələrdə addım atacağına inanırıq.

 

Səbuhi Abbasov,

7NEWS.az saytının baş redaktoru,

İnternet-media ekspert

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button