2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İqbal Ağazadə seçkilərdə İlham Əliyevi dəstəkləyir

Azərbaycan Ümid Partiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb. 

Toplum TV xəbər verir ki, bu barədə dekabrın 18-də partiyadan bildirilib. 

Bildirilir ki, Ümid Partiyası ölkə daxilində milli birliyin qorunması və 30 ilə yaxın işğal altında qalan torpaqların azad olunması üçün tərəddüd etmədən ölkə Prezidentin atdığı addımları dəstəkləyir.

Saytların yığılması Saytlarin yigilmasi

“İlham Əliyevin torpaqlarımızı işğaldan azad edərək 200 illik bir təhdidə son qoyması ölkə seçiciləri içərisində onun kifayət qədər yüksək reytinqini formalaşdırmışdır. Biz vətəndaşlarımız, seçicilərimiz ilə birlikdəyik”, – deyə Partiyanın yaydığı bəyanatda vurğulanıb. 

Bundan əvvəl Hüquq və Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov da İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan etmişdi. 

İndiyədək prezident seçkilərində iştirak etmək üçün 7 nəfərin namizədliyi irəli sürülüb. 

Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button