2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İran ABŞ-ı iki ölkənin ərazi bütövlüyünü pozmaqda günahlandırır

“ABŞ-ın hücumları sionist rejimin Qəzzada törətdiyi cinayətlərə kölgə salmaq üçün nəzərdə tutulub”

İranın Xarici İşlər Nazirliyi fevralın 3-də açıqlama verərək ABŞ-ın İraq və Suriyaya bir gecədə endirdiyi hava zərbələrini iki ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

Nazirliyin sözçüsü Nasser Kənani bildirib ki, onlar “ABŞ-ın daha bir avantürist və strateji səhvini təmsil edir və bu, regionda qeyri-sabitlikdə gərginliyin artması ilə nəticələnəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ ordusu ötən həftənin sonu İordaniyada üç hərbçisinin ölümü ilə nəticələnən pilotsuz təyyarə hücumuna cavab olaraq İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) və onun dəstəklədiyi silahlı birləşmələrə bağlı 85-dən çox hədəfə hava zərbələri endirib. Zərbələr İran daxilindəki obyektləri hədəfə almasa da, İsrailin HƏMAS-ın idarə etdiyi Qəzzaya qarşı təxminən 4 aya yaxın davam edən müharibəsi nəticəsində Yaxın Şərqdə münaqişənin daha da artdığını göstərirdi.

Nasser Kənani. Foto: Mehr agentliyi

Kənani deyib ki, ABŞ-ın hücumları “sionist rejimin Qəzzada törətdiyi cinayətlərə kölgə salmaq üçün” nəzərdə tutulub. Nazirlik rəsmisi İranın cavab olaraq hər hansı tədbir görüb-götürməyəcəyini açıqlamayıb. O, BMT Təhlükəsizlik Şurasını “ABŞ-ın regionda qeyri-qanuni və birtərəfli hücumlarının” qarşısını almağa çağırıb.

Fevralın 2-də ABŞ cavab zərbələri endirməzdən əvvəl İran prezidenti İbrahim Rəisi deyib ki, İran müharibəyə başlamayacaq, lakin “onu təhqir etməyə çalışan hər kəsə sərt cavab verəcək”.

Kənani “Yaxın Şərqdəki gərginlik və böhranların kök səbəbi İsrailin Amerikanın qeyri-məhdud dəstəyi ilə Fələstini işğal etməsidir. Bu, fələstinlilərə qarşı soyqırımıdır”, – o deyib.

Suriyaya zərbələr isə fevralın 2-dən başlayıb. Həmin gün İsrail paytaxt Dəməşqə raket zərbələri endirib. Nəticədə İran İslam Keşikçiləri Korpusunun müşaviri həlak olub. Raketlərin İsrailin nəzarətində olan Qolan yüksəkliyindən altıldığı ehtimal edilir. İsrail hərbçiləri bu xəbərləri təsdiq və ya təkzib etməyib. İsrail tez-tez Suriyadakı İrana bağlı qruplaşlaşmalara raket zərbələri endirir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button