2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İran məhkəməsi azərbaycanlı tələbənin apelyasiya şikayətini təmin etməyib

Fərid Səfərlinin anası: “Məhkəməyə nə Fərid, nə də vəkili dəvət olunub”

İranda 2 il azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin apelyasiya şikayəti təmin edilməyib.

Bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova Meydan TV-yə danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dilarə Əsgərova hər gün Azərbaycan Konsulluğu vasitəsilə oğluyla danışdığını bildirib.

Onun sözlərinə görə, Apelyasiya Məhkəməsinə nə Fərid, nə də vəkili dəvət olunub:

Hakimlər öz aralarında şikayətin təmin edilməməsi barədə qərar verib”.

Ana deyir ki, oğlu saxlanıldığı şəraitdən narazı deyil:

“Biz hər gün danışırıq, bu gün də vəkili ilə növbəti hüquqi addımları müzakirə edəcəyik”.

D.Əsgərova Azərbaycan Xarici İşlər Nazirliyi ilə də əlaqə saxladığını qeyd edib:

Nazirliyin Fəridin məsələsini diqqətdə saxladığını bilirəm. Onu bilirəm ki, onun Azərbaycana qaytarılması yönündə iş gedir. Əlbəttə, mən məhkəmənin hökmündən razı deyiləm. Elə apelyasiya şikayətinin təmin edilməməsindən də narazıyam. Fikirləşirdim ki, yeni faktlar irəli sürülmüşdü, yeni tərcümələr olmuşdu və buna görə Fəridə bəraət verəcəklər, amma olmadı”.

Avqustun 2-də İranda casusluq ittihamı ilə həbs olunan azərbaycanlı tələbə Fərid Səfərli 2 il azadlıqdan məhrum edilib.

Sentyabrın 14-də Baş Prokuror Kamran Əliyev Bakıda səfərdə olan İranlı həmkarı Mohammad Kazem Movahedi-Azadi ilə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında  müzakirə aparıb.

Oktyabrın 1-də Kamran Əliyev yerli mediaya bildirib ki, o, İranın Baş prokurorundan Fərid Səfərlinin işinə yenidən diqqətlə baxılmasını, humanizm prinsiplərinin nümayiş olunmasını xahiş edib.

O da mənə söz verdi ki, bu məsələyə bir daha baxılacaq, prokurorluq humanizm prinsiplərini əsas götürüb, mövqeyini ortaya qoyacaq”, – Kamran Əliyev bildirib.

Almaniyanın Yena Universitetində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehrana gedib.

O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb.

Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub.

Fərid Səfərli istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.

İran hüquq-mühafizə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button