2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İran prezidentinin həlak olduğu helikopter qəzasının səbəbləri haqqında Tehranın şərhi

İran SQ-nin Baş Qərargahı mayın 19-da ölkə prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzasının səbəblərinin araşdırılması üzrə komissiyanın ilkin hesabatını dərc edib. 

Komissiyanın İRNA agentliyi tərəfindən dərc olunan rəyinə əsasən, helikopter qəzadan bir dəqiqə yarım əvvələ qədər marşrutdan kənara çıxmayıb və digər iki helikopterlə əlaqə saxlayıb. Dispetçerlərlə danışıqlarda şübhəli heç nə olmayıb. Helikopterin qalıqları üzərində mərmi izləri yoxdur.

İbrahim Rəisini müşaiyət edən başqa bir helikopterdə olan İran prezident administrasiyasının rəhbəri Qulam-Hüseyn İsmaili bildirib ki, Sunqun mis mədəninə yaxınlaşarkən prezidentin helikopteri ilə əlaqə kəsilib.

Saytların yığılması Saytlarin yigilmasi

İkinci helikopter geri qayıdıb və bir neçə dövrə vurub, lakin prezidentin helikopterini tapmayıb. Prezidentin helikopterində olan şəxslərlə əlaqə saxlamaq cəhdləri nəticə verməyib.

Sonradan Təbriz şəhərinin imamı Əl-Həşimə zəng çatıb, o, deyib ki, helikopter dərəyə düşüb. O, helikopterin qəzaya uğradığından başqa, nə baş verdiyini izah edə bilməyib. İmamla üç saat ərzində əlaqə saxlamaq mümkün olub, sonradan o, zənglərə cavab verməyib, deyə Prezident Administrasiyasının rəhbəri bildirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button