2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İran XİN: Azərbaycan səfirliyinə hücum edən şəxsə tezliklə hökm oxunacaq

Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Nasir Kənani xatırladıb ki, ötən şənbə günü Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi keçirilib:

“Azərbaycanın İrandakı səfirliyində həyatını itirən əməkdaşın ailəsinə bir daha başsağlığı verirəm. İranın məhkəmə orqanları ittihamlara qanun çərçivəsində baxacaqlarına əmin ediblər. İki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə istintaq prosesi yekunlaşıb. Hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq. Bu hadisə iki ölkənin münasibətləri üçün acı olsa da, hakimiyyət bunun əlaqələrə təsirini minimuma endirmək üçün çox çalışıb. İki ölkənin yol xəritəsinə uyğun olaraq, son bir ildə biz müxtəlif sahələrdə nümayəndə heyətlərinin mübadiləsinin şahidi olduq. Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button