2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“İran XİN səfirin Azərbaycan əleyhinə fikirlərinə aydınlıq gətirməlidir” – RƏY

“Azərbaycanın ərazi bütövlüyünə qarşı olan səfirin bu münasibətinə İran XİN aydınlıq gətirməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, İranın Ermənistandakı səfiri özünə aid olmayan məsələlərə başını soxur və onun Azərbaycanın suveren əraziləri ilə bağlı İran dövlət başçısından fərqli münasibət bildirməsi başa düşülən deyil:

“İran prezidenti Rəisinin Daşkənddə Prezident İlham Əliyevlə görüşü zamanı Qarabağ torpaqları Azərbaycanın suveren əraziləri olduğunu və bu ərazilərimizdə separatçılardan təmizləyərək konstitusion hüquqlarımızı təmin etdiyimizə görə ölkə başçımızı və xalqımızı təbrik edib”.

Deputat qeyd edib ki, İran Prezidenti Azərbaycanın suveren ərazilərinin bütövlüyünə hörmətlə yanaşdığını bildirərək ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu bir daha ifadə etməsindən bir gün sonra Ermənistandakı səfir Mehdi Sübhani tamamilə fərqli mövqe nümayiş etdirib.

Milli Məclisin üzvü əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı olan səfirin bu münasibətinə İran XİN aydınlıq gətirməlidir:

“İran dövləti İrəvandakı səfirini Azərbaycanla münasibətlərinə xələl gətirə biləcək belə ifadələri işlətdiyinə görə cəzalandırmalıdır. Əgər belə olmazsa bu, İran dövlətinin ikiüzlü siyasət yürütməsi deməkdir”.

Onun fikrincə, İran səfiri Qarabağda ermənilərin öz müqəddəratının təyin edilməsindən danışırsa, Azərbaycan nümayəndələri də İrandakı 30 milyondan çox azərbaycanlının öz müqəddəratının təyin etməsi hüququndan danışmalıdırlar.

“İranda yaşayan azərbaycanlılar sadəcə ana dilində təhsil və mədəniyyət kimi təməl hüquqlarından məhrumdurlar. Bəli, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlikləri Azərbaycanın Konstitusiyasına əsasən qorunacaqdır. Konstitusiyamız çox demokratikdir və etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının təmin olunduğu qeyd olunur”.

“Belə olan halda sual olunur ki, İrandakı azərbaycanlıların hüquqları nəyə əsaslanaraq təmin olunur? Təbii ki, İranda sadəcə qəbilə qanunlarına görə azərbaycanlılar milli mənsubiyyətlə bağlı hüquqlarından məhrum edilib. İran səfiri özünün açıqlamalarına diqqət etməlidir. Səfirlər dövləti təmsil edir və dövlət siyasətini müdafiə etməlidir. Amma belə görünür ki, səfir Mehdi Sübhani ermənilərin xoşuna gələn ifadələri işlətməklə İranın dövlət siyasətinə əks gedir. Hesab edirəm ki, ölkəmizin XİN-i İran XİN-nə müvafiq məsələ ilə bağlı nota göndərməlidir. İran dövləti öz səfirinin bütün hərəkətlərinə görə məsuliyyət daşıdığından bu məsələyə də münasibət bildirərərək mövqeyini açıq şəkildə ifadə etsin. Biz də İranın rəsmi mövqeyinin nədən ibarət olduğunu bilərik və siyasətimizi də ona uyğun tənzimləyərik”, – A.Badamov vurğulayıb.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani yerli mətbuata müsahibəsində Azərbaycanın Qarabağ bölgəsini ermənilərin könüllü tərk etməsi ilə bağlı danışarkən, Bakını guya etnik təmizləmə siyasəti həyata keçirməkdə ittiham edib, Qarabağda ermənilərin hüquq və təhlükəsizliklərinin təmin olunmasından, o cümlədən öz müqəddəratının təyin etməsindən danışıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button