2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İranda Azərbaycan səfirliyinə hücum etmiş şəxs edam ediləcək

Azərbaycanın Tehran şəhərindəki səfirliyinə hücum etmiş İran vətəndaşı Yasin Hüseynzadə barəsində edam hökmü çıxarılıb.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 5-də İran Ədliyyə Nazirliyi məlumat yayıb. 

Məhkəmənin ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan tərəfi qərarla bağlı hələlik rəsmi açıqlama yaymayıb. 

Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya təxliyə olunublar. Rəsmi Bakı terror aktı adlandırdığı hadisə müfəssəl araşdırılmayınca və təqsirkarlar cəzalandırılmayınca səfirliyin fəaliyyətini bərpa etməyəcəyini bildirmişdi. Hazırda Azərbaycanın İrandakı diplomatik fəaliyyəti Təbriz şəhərindəki baş konsulluq vasitəsiylə həyata keçirilir. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button