2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“İrandakı rejimin İslamla əlaqəsi yoxdur və onlardan dəstək gözləməyimiz absurddur”

 

Zəlimxan Məmmədli: “İranın siyasəti Azərbaycan və bütövlükdə türk dövlətlərinə təhdid təşkil edir”

 

Saytların yığılması Saytlarin yigilmasi

İranın Ermənistanda “Halal” ərzaq məhsulları şəbəkəsinin ofisini açması Azərbaycanda ciddi təpgi və narazılıqla müşahidə edilməkdədir.

Rəsmi Tehranın Azərbaycanın maraqlarına zidd olan bu addımına cavab olaraq ölkəmiz İran məhsullarından kütləvi şəkildə imtina edə bilərmi? Belə bir addım Azərbaycanın baş verənlərə öz mövqeyini ifadə etməsi baxımından nə dərəcədə uğurlu ola bilər?

24saat.org-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli İranın yürütdüyü siyasətin yalnız Azərbaycanın deyil, bütün türk dünyasının maraqlarına zidd olduğunu vurğuladı:

“Hesab edirəm ki, məsələyə emosional şəkildə yanaşmağa gərək yoxdur. Dövlətlər bütün hallarda dövlətdir və onların öz maraqlarına uyğun olaraq siyasət aparması bu dövlətlərin öz işidir. Dövlət idarəetmə aparatı da məhz bunun üçündür. İran müsəlmançılıqdan, İslam adından çox danışır. Və islam dəyərlərini pozmaqla məşğuldur. Müsəlman bir dövlətin ərazisinə təcavüz edən bir dövləti himayə edir, onunla əlaqələrini inkişaf etdirir. İranın bu siyasəti Azərbaycan və bütövlükdə türk dövlətlərinə təhdid təşkil edir. Zaman-zaman Məşhəddən, Qumdan hədələr səslənir və s.

İrandakı hazırkı rejim islam adına xələl gətirən bir rejimdir. Bu rejimin müsəlman rejimi adlandırılması və bizim ondan bir müsəlman kimi dəstək gözləməyimiz absurddur. Çünki İranın müsəlmançılığa aidiyyatı yoxdur.

İran məhsullarının boykot edilməsinə gəincə, hesab edirəm ki, bu, o qədər də uğurlu olmaz. Fərqli addım atmaq lazımdır. Biz milli dövlət quruculuğu istiqamətində daha cəsarətli, daha ardıcıl addımlar atsaq, bu, İrana verilən ən böyük cavab olar. Milli maraqlara yönəlik idarəetmə sistemindən uzaq bir təfəkkürlə Azərbaycana yanaşacayıqsa, başqa yerdə düşmən axtarmağa ehtiyac qalmayacaq. Biz dik turmalıyıq. “Azərbaycan bir türk respublikasıdır, türk-müsəlman dövlətidir “deyərək ayağımızı yerə möhkəm basmalıyıq. Nə qədər ki, bunu edə bilmirik, bu cür basqılar, təzyiqlər olacaq. Biz isə bunları adını diplomatiya qoyduğumuz şeylə malalamağa çalışacayıq”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button