2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasətİqtisadiyyat

İrandan Netanyahunun Bakı səfərinə ağır cavab – Naxçıvanlı fermerlərin “belini qırdı”

Yüz tonlarla pomidor bazara çıxmadan məhv olur…

İran Azərbaycana pomidor tranziti ilə bağlı qadağa qoyub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə 24saat.org-u ertibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, İranın bu qadağası naxçıvanlı fermerləri sözün həqiqi mənasında müflis edib. Belə ki, Türkiyədə pomidor ucuz olduğu üçün bu dövlətə məhsul çıxarda bilməyən fermerlər, öz məhsullarını Bakı bazarına çıxartmağa çalışsalar da, İran pomidor dolu tırların ölkəsinə keçməsinə icazə vermir. Məhz bu səbəbdən də günlərlə gömrükdə gözləyən tırlarla dolu pomidorlar bazara çıxmadan məhv olur.

Bilgili qaynağın sözlərinə görə, vəziyyəti gərginləşdirən digər bir məqam istixanalardakı pomidorların da bazar yoxluğu səbəbi ilə yığılmaması və məhv olmasıdır. Bu isə sırf pomidor istehsalı olan fermerlərin tam olaraq müflis olması deməkdir.

Mənbənin məlumatına görə, İran tərəfinin pomidor tranzitinə qadağasına səbəb Azərbaycanın bəzi İran məhsullarının tranzitinə yasaq qoyması ilə və xüsusilə də Netanyahunun Bakıya səfəri ilə bağlıdır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button