2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İranlı müxalifətçinin qətlinə hazırlıqda şübhəli bilinən azərbaycanlı ekstradisiya edilib

Fevralın 21-də Çexiya ABŞ-da İran hakimiyyətinin məşhur tənqidçisinin qətlinə hazırlıq ittihamı irəli sürülən Gürcüstan azərbaycanlısı Polad Ömərovu ekstradisiya edib.

Toplum TV xəbər verir ki, bu barədə “Turan” agentliyinin Vaşinqton müxbiri məlumat yayıb.

Bildirilir ki, 39 yaşlı Ömərov, həmçinin Rüfət Əmirov və Xalid Mehdiyev ABŞ-da İranda qadınlara qarşı repressiyanı kəskin şəkildə tənqid edən məşhur hüquq müdafiəçisi Məsihə Əlinejadın öldürülməsinə cəhddə ittiham olunublar.

Saytların yığılması Saytlarin yigilmasi

Nyu-York prokurorluğu Ömərovun Şərqi Avropada fəaliyyət göstərən cinayətkar qrupun rəhbəri olduğunu bildirdikdən sonra o, ötən ilin yanvarında Çexiyada həbs olunub.

Nyu York prokuroru Demian Uilyams bu əlbirliyinin “İran hakimiyyətinin ona qarşı çıxan hamını repressiyaya məruz qoymaq siyasətinə dəlalət etdiyini” bildirib.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Amerika polisi Məsihə Əlinejadı öz evində öldürməyə cəhd edən Azərbaycan vətəndaşı Xalid Mehdiyevi həbs edib. Onun maşınında Kalaşnikov avtomatı tapılıb.

Eyni zamanda ABŞ hakimiyyəti Rüfət Əmirova və Polad Ömərova qarşı Məsihə Əlinejadın qətli məqsədilə sui-qəsd hazırlamaq ittihamı irəli sürüb. Onların İranla bağlı olan, qətllər, adam oğurluğu və pul tələb etməklə məşğul olan cinayətkar qrupun üzvləri olduğu bildirilir.

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button