2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İranlı siyasi fəal Azərbaycanda ev dustaqlığına buraxıldı

36 yaşlı Purhemməti Azərbaycandan sığınacaq istədiyini bildirir

İrandakı siyasi fəallardan biri, iki aydır Azərbaycanda həbsdə olan İran vətəndaşı Puya Purhemməti dekabrın 11-də ev dustaqlığına buraxılıb. O, oktyabrın 12-də Azərbaycan sərhədini qanunsuz keçməkdə ittiham edilərək, həbs olunmuşdu.

Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Bu müddət başa çatsa da, istintaq hələ yekunlaşmayıb. Dekabrın 11-də məhkəmədə istintaq dövründə onun haqqındakı qətimkan tədbirilə bağlı məsələyə baxılıb. Məhkəmədə vəkili Şəhla Hümbətova bildirib ki, müvəkkili həbsdə saxlanmadan da istintaq davam etdirilə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə də Puya Purhemmətinin ev dustaqlığına buraxılmasına qərar verib.
Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 318.1 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddəsilə ittiham irəli sürülüb.

36 yaşlı Purhemməti 2022-ci ilin payızında İranda başlayan etiraz aksiyalarında fəal iştirakına görə təzyiqlərə məruz qaldığını və bu üzdən ölkədən qaçdığını, Azərbaycandan sığınacaq istədiyini bildirib. Onun sözlərinə görə, sərhədi keçəndə də ağ bayraq qaldırıb.

Təbrizdə yaşayan Puya 2020-ci ilin sentyabrında Təbrizdə 600 müəllimin iştirakıyla keçirilən aksiyanın təşkilində də ittiham edilərək, saxlanılıb. Öncə bir həftə SEPAH-ın təcridxanasında saxlanılıb, daha sonra Təbrizə köçürülüb. Ona 3 il azadlıqdan məhrumetmə cəzası kəsilib.

Cəzasının bir hissəsini çəkəndən sonra 200 milyon tümən (təxminən 6500 manat) girov qarşılığında həbsdən buraxılıb.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAP), həmçinin İrandakı və xaricdəki bir sıra təşkilatların yaydıqları hesabatlarda da Purhemmətinin həbsi məsələsi əksini tapıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button