Loading...
Loading...
Vakansiya 2022

İş elanı – Müştəri Loyallığı Departamentində Layihə Rəhbəri

800 – 1000 AZN

Business İnsight İnternational Research Group

Şəhər Bakı
Yaş 25 – 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Elanın tarixi 13-06-2022
Bitmə tarixi 13-06-2023
Əlaqədar şəxs Gülnar Sadıqova
Telefon +994772333252
E-mail gulnar.s@businessinsight.az
15
Elan #64535

İş barədə məlumat

• Layihə mərhələlərini planlaşdırmaq və idarə etmək;
• Loyallıq proqramları üzvləri ilə kommunikasiyaya nəzarət etmək;
• Bölgələr üzrə səfir və konsullar seçmək;
• Bölgələr üzrə Səfir və konsulları idarə etmək;
• Bölgələr üzrə Səfir və konsulları KPI-a əsasən qiymətləndirmək;
• Loyallıq proqramı üzvlərinin sayının artırılması prosesinə nəzarət etmək;
• Tədbirlərin təşkili və idarəolunmasına nəzarət etmək;
• Zəruri hallarda tədbirlərin bilavasitə olaraq özü tərəfindən təşkil olunması;
• Müvafiq hesabatları və təqdimatları hazırlamaq;
• Bonus kampaniyaların gedişatına nəzarət etmək;
• Loyallıq proqramı üzvlərinin məlumatlarından ibarət bazaya nəzarət etmək;
• Korporativ müştərilərin Marketinq Departamenti ilə koordinasyalı şəkildə işləmək;
• Layihə ilə bağlı müvafiq analizləri etmək və nəticələr hazırlamaq;
• Loyallıq proqramlarının inkişafı üçün araşdırmalar etmək, yeni ideyalar hazırlmaq, təkliflər vermək;
• Layihə komandasını KPI-a əsasən qiymətləndirmək;
• Layihə komandasını və rəhbərliyində olan assistentləri idarə etmək;
• Layihəni uğurla başa vurmaq üçün bütün fəaliyyətləri detallı şəkildə müəyyən edən və ardıcıllığı təyin edən iş planı hazırlamaq;
• Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri/ kontraktorları düzgün koordinasiya etmək;
• Layihənin tələb olunan keyfiyyətdə, vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;
• Resursların yetərliliyini və paylaşdırılmasını təmin etmək;
• Layihə performansını, həcmini, qrafikini və xərclərini müvafiq sistemlər, vasitələr və texnikalarla ölçmək;
• Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi;
• Layihənin nəticələrini planlama dövrü ilə üzləşdirmək və uyğunluğunu qiymətləndirmək.
İş şəraiti:
• Öyrədici və inkişafameyilli iş mühiti;
Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
• İş vaxtı həftədə 6 gün;
Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.

Namizədə tələblər

• Yalnız kişi namizədlər;
Ali təhsil;
• Yaş həddi: 25-35;
• Microsoft proqramlarında işləmək bacarığı;
• Yüksək səviyyədə ünsiyyət, təqdimat və təşkilatçılıq bacarığı;
• Layihələri idarəetmə bacarığı mütləqdir;
• Kollektivdə işləmək bacarığı.

#Müştəri #Loyallığı #Departamentində #Layihə #Rəhbəri

Gözdən qaçırmayın:  İş elanı - İnsan Resursları üzrə mütəxəssis

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button