Loading...
Loading...
Siyasət

İsfəndiyar Vahabzadənin 50 il Rusiyaya girişi qadağan edilib

Moskva/13.08.21   Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin “İnternetdə millətlərarası ədavəti qızışdıran açıq fikirlərə görə” 50 il müddətinə Rusiya ərazisinə girişini qadağan edib. Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Mərkəzinə istinadən məlumat verib.

Qazaxıstandakı “dil patrulları”nı təşkil edən və rusiyalıları qazaxlara etinasız münasibət göstərməkdə ittiham edən Qazaxıstan vətəndaşı Kuat Ahmetova da analoji qadağa qoyulub.

“Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, Rusiya, onun sakinlərinə və xaricdə yaşayan həmvətənlərə qarşı destruktiv hərəkətlərə çağıran xarici vətəndaşlar ölkə ərazisinə buraxılmayacaqlar”, – məlumatda bildirilir.

Xatırladaq ki, Vahabzadə Vladimir Jirinovskini Azərbaycanın ünvanına təhqirinə cavab olaraq onu “donuz” və “eşşək” adlandırıb. Vahabzadə həmçinin bütün rusların ünvanına təhqir səsləndirib, baxmayaraq ki, Jirinovski yəhudidir.-02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button