Loading...
Loading...
Dünya

İŞİD-dən daha bir şəhər alındı

İraq qüvvələri İraqın turkman şəhəri olan Bəşiri İslam Dövləti (İŞİD) yaraqlılarından geri alıblar.

Kürd rəsmiləri mayın 1-də deyiblər ki, peşmərgələr və şiə döyüşçülər ABŞ koalisiyasının hava zərbələrinin dəstəyi ilə şəhəri tamamilə ələ keçirə biliblər.

Kürdüstan Regional Təhlükəsizlik Şurası və tükman şiə hərbi komandiri də Bəşirin daha İŞİD-in nəzarətində olmadığını təsdiqləyib.

Bir rəsmi şəhər ətrafındakı bir neçə kəndin də geri alındığını bildirib.

Gözdən qaçırmayın:  Putin Xarkova bomba yağdırır - VİDEO
Back to top button
Telegram kanalımıza abunə olun