2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İŞİD Moskvada konsert salonuna niyə hücum etdi? Onun məqsədləri haqda ekspertlər nə deyir?

İŞİD üçün kimə hücum etmək önəmli deyil, əsas odur ki, rezonans doğursun. Son vaxtlar böyük dövlətlərin Ukraynada və Qəzza zolağında gedən münaqişələrlə məşğul olmasından istifadə edən islamçılar fəallaşıblar, Amerikada nəşr olunan “Wall Street Journal” və Qətərin Əl-Cəzirə nəşri yazıb.

“ABŞ və demokratik dünyanın avtoritar güclərlə – Rusiya, İran və Çinlə mübarizəsi Ukrayna və Qəzzada gedən müharibələr fonunda daha da artıb.

Saytların yığılması Saytlarin yigilmasi

2015-ci ildə qruplaşma Misirdən havaya qalxan Rusiya təyyarəsinin partlamasına görə məsuliyyəti öz üzərinə götürüb. Təyyarədə 224 nəfər olub. 2022-ci ildə İŞİD-in Rusiyanın Kabildəki səfirliyinə hücumu nəticəsində iki rus diplomatı və dörd əfqan həlak olub. Ötən cümə günü isə İŞİD döyüşçüləri Moskvada Crocus City Hall-un konsert zalına hücum edib, 130-dan çox adamı öldürüblər.

İslamçıların Kremlə qarşı tarixi iddiaları arasında Əfqanıstan və Çeçen müharibələri də var.

Hazırda İŞİD Rusiyanın Suriya və Qərbi Afrikadakı qüvvələrə qarşı əməliyyatlarına da qəzəblidir.

Əl-Cəzirə nəşri “İslam Dövləti”nin son illərdəki propaqandasının Rusiya prezidenti Vladimir Putini müsəlman düşməni, Rusiyada, eləcə də xaricdə müsəlmanları hədəf alan zülmün mənbəyi kimi göstərməyi hədəflədiyini yazır.

ABŞ-ın Clemson Universitetinin dosenti, “İD Əfqanıstan və Pakistanda” kitabının həmmüəllifi Amira Jadoon Əl-Cəzirənin xəbərinə görə, “Rusiyanın xüsusilə Suriyada, ID-nin özünə və ona bağlı qruplaşmalara qarşı əməliyyatlara qoşulması və Talibanla əlaqə qurmaq cəhdi Rusiyanı vacib düşmənə çevirir”.

Crocus-a hücumun “İslam Dövləti”nin Əfqanıstandakı “Xorasan vilayəti” adlı qoluna aid edildiyi bildirilir.

WSJ-in jurnalistləri qeyd edirlər ki, o 2015-ci ildə Üsamə bin Ladenin vaxtilə gizləndiyi Əfqanıstanın şərqində yaranıb və ilk vaxtlar onun hədəfləri əsasən yerli olub – İD-nin etiqadsız hesab etdiyi Əfqanıstanın şiə icması və ABŞ-la sülh danışıqlarında iştirakına görə tənqid edilən Taliban hərəkatı.

Hazırda İD-Xorasan qüvvələrinin Rusiyaya hücumunun ən inandırıcı motivi Taliban faktorudur.

Washington-da yerləşən Cənubi Asiya İnstitutunun Wilson Mərkəzinin direktoru Michael Kugelman Əl-Cəzirə telekanalına “Taliban İD-nin ən qatı düşmənidir və İD Rusiyanı Talibanın dostu hesab edir” deyib.

Son vaxtlar “İslam Dövləti”nin Əfqanıstan qolu sərhədlərini genişləndirmək qərarına gəlib, WSJ ekspertləri “terror təşkilatının tam məğlubiyyətə uğradığı beşiyini – Suriya və İraqı tərk etməsinə” dair dəlillər gördüklərini bildirirlər.

“Rusiyaya hücum bu çərçivədədir”, – qəzet Militant Wire hərbi araşdırmalar mərkəzinin həmtəsisçisi Lucas Wеbberdən sitat gətirir.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button