2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“İslam Dövləti” Crocus City Hall-a hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu nə dərəcədə inandırıcıdır?

Elə həmin axşam Rusiyada və bir çox başqa ölkələrdə terror qruplaşması kimi tanınan İslam Dövləti (İD) qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürdü.

Rusiya tərəfi hələ ki, hücumun arxasında kimin ola biləcəyi ilə bağlı heç bir rəsmi versiya təqdim etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

İD-lə əlaqəsi olduğu güman edilən “Amak” xəbər agentliyinin yaydığı xəbərdə hücumda dörd iştirakçının olduğu güman edilən fotoşəkil dərc edilib. Fotoşəkildə onların üzləri yarı maskayla örtülüb və foto filtrlə bulanıq edilib.

BBC-nin ekstremist qruplar üzrə eksperti Mina Əl-Laminin sözlərinə görə, bəyanatda hücumu hansı regional ofisin hazırladığı və həyata keçirdiyi qeyd olunmur.

Bəyanatın standart mətnində İD-nin, adətən, bölmələrindən birini göstərdiyi yerdə “Crocus City Hall” yox, yalnız “Rusiya” yazılır.

Mina Əl-Laminin sözlərinə görə, regional bölmənin qeyd olunmaması İD üçün kifayət qədər adi bir təcrübədir.

Bu halda bu bizə onu deyə bilər ki, İD Rusiyadakı kiçik qolunu Rusiya təhlükəsizlik qüvvələrinin yaxın diqqətindən qorumağa çalışır, ya da regional bölmə, mümkündür ki, hücumda iştirak etməyib.

Mina Əl-Laminin qeyd etdiyi kimi, 2024-cü ilin yanvarında İD İranın Kirman şəhərindəki hücumlara görə məsuliyyəti üzərinə götürsə də, hücumu həyata keçirən regional qol barədə məlumat verməyib.

Hakimiyyətyönümlü Rusiya kanalları da bəyanatda İŞİD-in regional qolunun qeyd olunmamasına diqqət çəkib. Onların fikrincə, bu, qrupun bəyanatının saxta olduğunu göstərir.

Belə ki, müharibə tərəfdarı və Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rybar” öz Teleqram kanalında iddia edib ki, “İslam Dövlətinin Moskvada törədilən terror aktına görə məsuliyyəti guya öz üzərinə götürdüyü bəyanatı saxtadır”, çünki “heç bir resurs qruplarında və ya onların regional bölmələrində belə məlumat yoxdur”.

Bundan əvvəl, Moskva vilayətindəki hücumun İD-nın “Vilayəti Qafqaz” və ya əfqan qolu sayılan “Vilayəti Xorasan” bölmələri ilə əlaqəli ola biləcəyi bildirilib.

Daha əvvəl isə Amerika mediası ABŞ kəşfiyyat xidmətlərindəki mənbələrinə əsasən, “Crocus”a hücumun arxasında Vilayət Xorasanın ola biləcəyini yazıb.

Ehtimal olunur ki, Əfqanıstan bölməsinin üzvləri arasında Orta Asiyadan olan rusdilli mühacirlər var.

BBC Monitorinq Xidmətinin jurnalisti Alex Shams Wright yazır ki, Crocus City Hall-a hücumdan əvvəl, İslam Dövləti qruplaşmasının Rusiyada fəaliyyəti, əsasən, təhlükəsizlik qüvvələrinə yüngül hücumları ilə məhdudlaşırdı.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button