2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İslam ölkələrinin nazirləri DOST Mərkəzində olublar

İslam ölkələrinin nazirləri DOST Mərkəzində olublar

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak edən İslam ölkələrinin nazirləri 5 saylı Bakı DOST Mərkəzində olublar.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST Mərkəzinin açıldığı, hazırda bu mərkəzlərin şəbəkəsinin genişləndirilməsi işlərinin davam etdirildiyi qeyd olunub.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verir.

DOST konsepsiyasının innovativ üstünlükləri və nailiyyətləri, bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi və beynəlxalq uğurları diqqətə çatdırılıb.

Qonaqlar üçün DOST konsepsiyasına və sosial sahədə e-xidmətlərə dair təqdimatlar edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button