Gündəm

İslamabad bəyannaməsi imzalanıb


Bugün, yanvarın 13 -də İslamabadda Pakistan,Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, nazirlər birgə bəyannamə imzalayıblar.  

Sənəddə nazirlər üç ölkə arasında mövcud olan qardaşlıq, tarixi, mədəni bağlara, qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi əlaqələri vurğulayıblar.

“… Qarşılıqlı maraq doğuran bütün sahələrdə 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlığın bundan sonra da dərinləşdirilməsini arzu edərək” bu sıraya siyasi, strateji, ticarət, iqtisadi, təhlükəsizlik, elm və texnologiya sahələri də aid edilib.

Tərəflər həmçinin, 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə üçtərəfli görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq veriblər.

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun yanvarın 14 -də də Pakistan səfəri davam edəcək. Yanvarın 14-də isə O, Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirməlidir.

 

 

 

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button