2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Israel Hayom”: “Ermənistan Qarabağda mina yerləşdirməkdə davam edir”

“Beynəlxalq ictimaiyyət minaların yerləşdirilməsinə qarşı fəal çıxış edir və onlarla mübarizədə ciddi səy göstərir, amma Ermənistan nəinki bu çağırışlara məhəl qoymur, həm də Azərbaycanın ərazilərində minalar yerləşdirməkdə davam edir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” “Israel Hayom”a istinadən xəbər verir ki, bunu Dona Qrasiya Diplomatiya Mərkəzinin baş direktoru, israilli jurnalist Reyçel Abraham Qarabağ səfəri ilə bağlı təəssüratlarını bölüşərkən yazıb.

O bildirib ki, Ermənistanın bütün səylərini Azərbaycanla sülh müqaviləsinin hazırlanmasına və imzalanmasına yönəltməsi daha yaxşı olardı.

“Minalar ölüm təhlükəsi saçır. Onlar istənilən insanı, o cümlədən sadəcə futbol oynamaq istəyən və ya yoldan keçən uşağı öldürə, yaxud şikəst edə bilər. Məhz bu səbəbdən piyadaəleyhinə minaların, xüsusən də aydın işarələnməsi olmayan minaların yerləşdirilməsi – insan hüquqlarının kobud şəkildə pozulmasıdır”, – israilli jurnalist yazıb.

Məqalədə İsrailin “Open Minded Solutions Ltd.” minaəleyhinə şirkətinin baş direktoru Roy Naharinin Qarabağda təbii mühitin problemi kəskinləşdirdiyi ilə bağlı fikirləri də yer alıb: “Dağlıq rayonlarda yerüstü minaların kiçik çaylar, ərimiş qar və ya su ilə axıb getmək təhlükəsi çox böyükdür. Bu, problemi daha da kəskinləşdirir, çünki minaların harada olduğunu və hansı məsafədə gedə biləcəyini müəyyən etmək çətindir”.

Qarabağa səfər etmiş Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun CBRNE Partlamamış Hərbi Sursatların Zərərsizləşdirilməsi Şöbəsinin rəisi Kinqsli Çike Ahukanna da yerüstü minaların bütün dünyada sülh, təhlükəsizlik və inkişaf üçün ölümcül təhlükə yaratdığını və Azərbaycanın da bu baxımdan istisna olmadığını vurğulayıb. O, hesab edir ki, Bakıda keçirilən Minatəmizləmə üzrə beynəlxalq konfrans ömrünü dünyanın minalardan təmizlənməsinə həsr etmiş fədakar peşəkarlar cəmiyyətinin yaradılmasına kömək edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button