2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İstintaq Sevinc Vaqifqızının anasının pensiya kartına həbs qoyub

Bakı/18.12.23/Turan: İstintaq Abzas Media-nın redaktoru Sevinc Vaqifqızının anasının pensiya kartına həbs qoyub. Qadın bu haqda dekabrın 15-də, xəstəliyi ilə əlaqədar aldığı 326 manat pensiyanı kartından çıxara bilmədikdə öyrənib. Bankda ona vəsaitə həbs qoyulduğu bildirilib.

Ötən ay Xətai Rayon Məhkəməsi heç bir xəbərdarlıq etmədən təkcə Abzas Media-nın əməkdaşlarının – Ülvi Həsənli və Sevinc Vaqifqızının deyil, həm də onların ailə üzvlərinin bank hesablarına və pensiya kartlarına həbs qoyub.

Vəkil Zibeydə Sadıqovanın verdiyi məlumata görə, məhkəmənin qərarı əsassızdır və ondan apellyasiya şikayəti veriləcək. O bildirib ki, məhkəmə vəkillərə məlumat vermədən qərar qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquq sahəsində ekspert Səməd Rəhimli bildirib ki, CPM-in 248-ci maddəsinə əsasən, istintaq orqanı qanunsuz məqsədlərlə istifadəsinə dair dəlil olduğu təqdirdə təqsirləndirilən şəxsin və onlarla əlaqəli üçüncü şəxslərin bank hesablarına məhdudiyyət qoya bilər. Lakin belə bir əsas yoxdursa, məhkəmə vəsatəti təmin etməməlidir. Buna görə yaşlı qadının pensiya kartına həbs qoyulması tamamilə qanunsuzdur. Dövlətin ödədiyi pensiyanın irəli sürülmüş ittihamla heç bir əlaqəsi yoxdur, deyə Rəhimov bildirib.

* Abzas Media onlayn nəşrinin əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və onlarla əməkdaşlıq edən Məhəmməd Kekalov və Hafiz Babalı noyabr-dekabr aylarında xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb. 06B

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button