2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İstintaq təcridxanasında Ülvi Həsənliyə təzyiq edilir

Bakı/11.12.23/Turan: “Abzas Media” onlayn nəşrinin direktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan  Ülvi Həsənli təhdidlərə məruz qalır.

Əsasən ona qarşı ombudsmana müraciətlə bağlı iddialar irəli sürülüb.

Bu barədə Turan-a onun yaxınları bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Həsənliyə yaxınları ilə görüşləri və telefon danışıqları, sonra isə vəkillərlə telefonla ünsiyyəti qadağan ediblər. Bütün bunlar onun ombudsmana müraciətindən sonra baş verib.

Təcridxana rəhbərliyi xəbərdarlıq edib ki, əgər o, bundan sonra da şikayət etsə, “vəziyyəti pisləşəcək”.

Penitensiar Xidmətdən bu məlumatı şərh etmək xahişinə cavab olaraq deyiblər ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

*Ülvi Həsənli noyabrın 20-də saxlanılıb. Ertəsi gün məhkəmə onu qaçaqmalçılıq ittihamı ilə 4 ay müddətinə həbs edib. Ülvi Həsənli ittihamları rədd edib və özünə qarşı təqibləri  “Abzas Media”nın apardığı korrupsiya araşdırmaları ilə əlaqələndirib. – 06B-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button