İsveç sərhəddə şəxsiyyət və pasport yoxlamalarını yığışdırır
İsveç hökuməti sərhəd qapılarında edilən şəxsiyyət və pasport yoxlamalarını cümə axşamı günündən etibarən yığışdırılacağını bildirib.
İsveçin Daxili İşlər naziri Anders Ygeman və İsveç İnfrastruktur naziri Anna Johanssonu təşkil etdikləri birgə mətbuat konfransında hökumətin sərhəd qapılarında edilən şəxsiyyət və pasport yoxlamalarını ləğv edəcəyini açıqlayıb. Sərhəd yoxlamalarını sığınacaq axtaran şəxslər axınını dayandırmaq üçün 2016-cı ilin yanvar ayında başladıqlarını xatırladan Ygeman, sığınacaq axtaran şəxslər axını normala düşdüyünə görə bu qərara gəldiklərini deyib.
Digər tərəfdən, İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, isveçli nazirlərin açıqlamasının ardından AB Komissiyası Şengen üzvü olan Almaniya, Avstriya, Danimarka və Norveçdən də altı ay içində sərhəd yoxlamalarını qaldırmasını istədi.
azadliq.info
24saat.org
Mənbə – azadliq.info