2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İsveçli nazir: Biz özümüzü PKK ilə mübarizəyə həsr edəcəyik

2023-07-15 08:00:22

İsveçin “Aftonbladet” qəzetinə danışan müdafiə naziri Pal Jonson keçən həftə Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvə toplantısının nəticələrini dəyərləndirib. Beynəlxalq terrora qarşı Ankara ilə birlikdə mübarizə aparacaqlarının vurğulayan Conson, “Özümüzü terror təşkilatı PKK-nın İsveçdəki fəaliyyətlərinin qarşısını almağa həsr edəcəyik” dedi. Bunun həm özlərinin, həm də Türkiyənin təhlükəsizliyi üçün vacib olduğunu vurğulayan Conson Ankara ilə əldə olunan razılaşmaya əməl edəcəklərini qeyd edib.

Stokholmun PKK/PYD və FETÖ-nü terror təşkilatı kimi qəbul edib-etməməsi ilə bağlı sualı cavablandıran Pal Conson İsveç, Türkiyə və Finlandiya arasında imzalanan üçlü memorandumda hansı terror təşkilatlarına qarşı mübarizə aparacağının yer aldığını xatırladıb. 28 iyun 2022-ci il tarixində İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Liderlər Zirvə toplantısında imzalanan üçtərəfli memorandumda “Finlandiya və İsveç Türkiyədə PYD/YPG və FETÖ olaraq təyin olunan təşkilata dəstək verməyəcək. “

Saytların yığılması Saytlarin yigilmasi

GNAT-NIN TƏSDİQİ GÖZLƏNİR

Prezident Tayyib Ərdoğan, NATO Liderlər Zirvə Toplantısına qatılmaq üçün getdiyi Litvanın paytaxtı Vilnüsdə NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristerssonla görüşlərindən sonra vetodan imtina edərək üzvlük yolunu açdı. Hökumətin üzvlük protokolunu qısa müddət ərzində Türkiyə Böyük Millət Məclisinə təqdim edəcəyi gözlənilsə də, parlament təqvimi ilə əlaqədar təsdiq prosesinin oktyabr ayında baş tuta biləcəyi təxmin edilir.

Aİ İSLAMOFOBİYA XƏRİTƏSİ HAZIRLAYACAQ

– Avropa İttifaqının Müsəlmanlara qarşı nifrət və ayrı-seçkiliklə mübarizə üzrə koordinatoru Marion Lalisse deyib: “Aİ müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir”. Brüsseldə mətbuata açıqlama verən Lalisse, “Müsəlmanlara qarşı nifrət fenomeni ilə mübarizə aparmaq üçün konkret planlarımız var” dedi. Müxtəlif sektorlarda anti-müsəlman nifrətlə mübarizə siyasətlərini əsas istiqamətə çevirəcəklərini vurğulayan Lalisse, “Dəlillərə əsaslanan siyasəti hərəkətə keçirəcək, müsəlmanlara qarşı nifrət fenomeninə qarşı vətəndaşları və qurumları məlumatlandıracağıq” dedi.

Marion Lalisse

Lalisse, gələn ilin ortalarına qədər qərar vericilərə müsəlmanlara qarşı nifrət fenomeninin xəritəsini tərtib etməyi təklif etdiklərini söylədi. Lalissenin açıqlamaları ötən ay İsveçdə Quranın yandırılmasından sonra baş verib və bu, bütün dünyada hiddətə səbəb olub.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button