2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

İtaliyada iki miqrant qayığı batıb: 2 nəfər ölüb, 31 nəfər itkin düşüb

2023-08-06 23:32:05

class=”mediyanet-inline-adv”>

Aralıq dənizində qeyri-qanuni mühacirlərin dramı davam edir. İtaliyanın Lampeduza adasının sahillərində biri 48 digəri 42 nəfəri daşıyan miqrant qayığının batması nəticəsində 2 nəfər həyatını itirib, 31 nəfər isə itkin düşüb. Səlahiyyətlilər 57 nəfərin xilas edildiyini açıqlayıb. İtaliya mətbuatı həyatını itirən mühacirlərin Fil Dişi Sahilindən olan ana və onun 1 yaşlı uşağı olduğunu bildirib. Mühacirləri daşıyan qayıqların Tunisin Safake şəhərindən yola düşdüyü güman edilir. İtaliya Daxili İşlər Nazirliyinin məlumatlarına görə, keçən ilin eyni dövründə İtaliyaya təxminən 43 min immiqrant gələrkən, bu il bu günə qədər təxminən 92 min immiqrant İtaliyaya gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button