Now Reading:
Jirinovski: “ABŞ Rusiyanı vura bilər”

Jirinovski: “ABŞ Rusiyanı vura bilər”

jirinovski“Birləşmiş Ştatlar Rusiyanın şərq hissəsinə zərbə endirə bilər”.
Bu bəyanatı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski səsləndirib.
Onun fikrincə, Vaşinqton müxtəlif ölkələrdə münaqişələri canlandırmağa və həmin ölkələri zəiflətməyə çalışacaq:
«Amerikalılar indi nə edirlər? Hamının nəbzini yoxlayırlar. Baxırlar ki, kim necə reaksiya verəcək. İlk zərbələr müsəlman dünyasına endiriləcək. İndi orada onlar üçün bir nömrəli düşmən var. Ardınca Yaxın Şərqə üz tutacaqlar. Bu, onların münaqişənin kəskinləşməsi üçün nəzərdə tutduqların planın tərkib hissəsidir”.
Bundan əvvəlki açıqlamasında isə Jirinovski bildirmişdi ki, ABŞ prezidenti seçkiöncəsi vədlərini pozmağa davam etsə, onun impiçmentinin şərəfinə badə qaldıracaq.
O, Trampa qarşı münasibətinin ABŞ-ın Suriyanı vurmasından sonra dəyişdiyini xatırladıb.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.