2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Jurnalist “Media haqqında” Qanunun tətbiqinin dayandırılmasını tələb edir

Şəmşad Ağa Konstitusiya Məhkəməsinə müraciət etdiyini deyir

Azərbaycanda fəaliyyət göstərən “Arqument.azca” saytının təsisçisi və baş redaktoru Şəmşad Ağa Konstitusiya Məhkəməsinə müraciət edib.

O, məhkəmədən 2021-ci ilin sonu Azərbaycanda qəbul edilən “Media haqqında”Qanunun Konstitusiyaya uyğun olub-olmadığını müəyyənləşdirməsini xahiş edib.

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV-yə danışan baş redaktor əlavə edib ki, həmçinin o, məhkəmədən qanunun tətbiqinin dayandırılmasını və Ulusal Məclisə qanunun Konstitusiyaya uyğunlaşdırılmasını tövsiyə etməsini də xahiş edib.

2021-ci ilin sonunda Azərbaycanda “Media haqqında” Qanun parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında ölkə başçısının təsdiqləməsilə qanun qüvvəyə minib.

Yeni qanun həmçinin media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Şəmşad Ağa deyir ki, müraciətini xüsusilə mayın 3-nə salıb, çünki bu gün dünyada Beynəlxalq Mətbuat Azadlığı Günü kimi qeyd edilir.

Azərbaycan bu il media azadlığı indeksində 151-ci yerdə qərarlaşıb: Əfqanıstanla, Pakistanla eyni sırada. Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan 77 və 49-cu yerlərdə qərar tutublar. Bir fərqə baxın. Elə səbəblərdən biri də odur ki, Azərbaycanda Avropa İnsan Hüquqları Konvensiyasına və Azərbaycan Konstitusiyasına zidd bir qanun – “Media haqqında” Qanun qəbul edilib”.

Baş redaktorun sözlərinə görə, o da bir çox jurnalist kimi əvvəldən qanunun qəbuluna etiraz edənlərdən olub. Çünki olduqca mürtəce qanundur və Azərbaycanda onsuz da məhdudlaşdırılmış media azadlığını daha da qısıtlayacaq. Bu da ölkədə söz azadlığı ilə bağlı daha ciddi problemlərin yaranmasına gətirib çıxaracaq:

Qanunun qəbulu ərəfəsi həm aksiyalar keçirdik, həm ictimai dinləmələr təşkil etdik. Bizim aksiyalarımız, kampaniyalarımız fonunda Venesiya Komissiyası da qanuna mənfi rəy verdi, qəbuledilməz saydı. Konstitusiya Məhkəməsinə müraciətdə məqsədim bu qanunun konstitusiyaya uyğunlaşdırılmasıdır. Çünki qanun həm Azərbaycan konstitusiyasına, həm  Avropa İnsan Hüquqları Konvensiyasına, həm də Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Bir sözlə, qanun bu cür tətbiq edilə bilməz, onun tətbiqi dayandırılmalıdır”.

Şəmşad Ağa bildirir ki, söz və ifadə azadlığına önəm verən hər bir jurnalist qanunun bu cür tətbiqinin dayandırılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Çünki bu həm də Azərbaycana beynəlxalq aləmdə ciddi problemlər yaradır, eyni zamanda, ölkədə jurnalistlərin sərbəst hərəkətini məhdudlaşdırır:

Qanunun icrası ilə məşğul olan Media Agentliyi bu qanunu rəhbər tutaraq, jurnalistlərə sərt məhdudiyyətlər tətbiq edəcək. Əslində bu məhdudiyyətlər onların arzu və istəkləri idi. İndi də bunu qanun halına salıblar ki, əllərində hüquqi əsas olsun. Onların məqsədi azad medianı basit çıxarıb, “mirzəlik jurnalistikası” yaratmaqdır. Qanundakı tələblər hökumətin media azadlığına isti baxmadığını göstərir”.

Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, “Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.

Beynəlxalq təşkilatlar və o cümlədən, Venesiya Komissiyası da qanunla bağlı mənfi rəy verib, bunu ifadə azadlığına müdaxilə sayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button