Loading...
Loading...
Cəmiyyət

Kəmaləddin Heydərov qadın generalı işdən qovdu

Bildiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib.

Yenicag.az- ın əldə etdiyi məlumata görə, FHN-də ixtisarlar davam edir. Belə ki, Kəmaləddin Heydərov ən yaxın adamlarından birini, sağ əli kimi tanınan – uzun illər onunla çiyin-çiyinə çalışmış, Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanı da tutduğu vəzifəsindən uzaqlaşdırıb. Faktla bağlı Nazirliyin nə mətbuat xidməti, nə də ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi ilə əlaqə saxlamaq mümkün olmadı. Çünki hər iki şöbənin rəhbərləri də işdən azad olunub.

İddialara görə, FHN-də baş verən kütləvi ixtisarların kökündə külli miqdarda yeyinti faktları və etimad problemi dayanır.

azadliq.info

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button