Loading...
Loading...
Cəmiyyət

Kənardan yemək gətirmək qəti qadağandır?! – Xəzər Universitetində qəribə elan

Xəzər Universitetinin həyətində yerləşdirildiyi bildirilən elan müzakirələrə səbəb olub.

Bu barədə təhsil eksperti Kamran Əsədov paylaşım edib.

Sözügedən elanda tələbələrə xitabən qeyd olunub ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət alacaqlar.

“Töhmət nədir? Tələbəni daxili nizam-intizam qaydalarını pozduğuna görə xaric etmək, universitetin işgüzar fəaliyyətinə xələl gətirdiyinə görə məhkəməyə verib təzminat almaq lazımdır. Ona görə də biz xarici ölkələrdən mütəxəssislər gətiririk, uşaqları xarici universitetlərə qəbul etdirik ki, maksimum dərəcədə bu anormallıqdan uzaq olsunlar. Azərbaycan universitetlərinin Azərbaycan elmində, sənayesində, iqtisadiyyatında, səhiyyəsində hansı rolu var?” – ekspert məsələyə münasibət bildirib.

Xatırladaq ki, ali təhsil ocağının rektoru İradə Xəlilovadır.

AzEdu.az-a açıqlamasında Xəzər Universitetinin mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli məsələnin təfərrüatları barədə məlumat verib:

“Bu gün səhər saatlarında həmin elanlar universitetdən götürülüb, onlar yırtılıb-atılıb. Bu yazılar  qanunsuz xarakter daşıyır, heç bir ali təhsil müəssisəsinin qanununa uymur. Bunu yeməkxana müdiri özü edib ki, oraya daxil olan heç kim evdən yemək gətirməsin. Lakin universitet tərəfindən belə bir rəsmi qərar verilməyib. Hazırda baş verən hadisə ilə bağlı tədbirlər görülür. Yeməkxana müdiri rektorluğa daxil olub, ona ciddi xəbərdarlıq edilib”.

24 saat” “Kənardan yemək gətirmək qəti qadağandır?! – Xəzər Universitetində qəribə elan” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Selçuk Bayraktar Bakı səmasında: "MiQ-29" sürdü - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button