2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kamal Kılıçdaroğlu: “Yarış gedərkən qayda dəyişməz”

Türkiyədə konstitusiya dəyişikliyi referendumu başa çatsa da, müxalifət partiyalarının möhürsüz bülleten və zərflərin sayılması məsələsinə etirazı davam edir. Məlum olduğu kimi, dünən Yüksək Seçim Kurulu möhürsüz 2,5 milyon bülleten və zərfin etibarlı sayılacağını açıqlamış və bu da böyük səs-küy yaratmışdı. Bu səs-küyü körükləyən isə dünən gündüz saatlarında sosial mediaya düşən möhürsüz “evet” yazılmış bülletenlərin möhürlənməsini işığa çıxaran bir video olmuşdu. YSK-nın sədri artıq axşam açıqlama verərək, bənzər qərarların daha əvvəlki seçkilərdə də olduğunu xatırladıb.
Ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlu isə YSK-nı sərt şəkildə tənqid edərək “yarış başladıqdan sonra qayda dəyişdirilir” deyib: “Hüquq dövləti anlayışı çox əhəmiyyətlidir, qanunun aliliyi anlayışı çox əhəmiyyətlidir. Parlamentlər qanun çıxararlar. O qanunlara hər vətəndaş, təşkilat riayət etmək məcburiyyətindədir. Əgər qanunlara pozularsa, qanunun aliliyi, hüquqi dövlət anlayışı yara alır. Hansı səbəblə özünüzü parlamentin üstündə görürsünüz? Keçirilən referendumu mübahisəli hala gətirirsiniz. Yarış gedərkən yarışın ortasında qayda dəyişməz. Universal hüquq qaydasıdır bu. YSK yarışın ortasında zərflər açıldıqdan sonra qaydaları dəyişdirir, qanunlara zidd olaraq. ”

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button