2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Kamil Vəli Nərimanoğlu vəfat edib

Onun ürəktutmasından öldüyü deyilir

Filologiya elmləri doktoru, professor, AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunun vəfat etdiyi bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu haqda “Facebook” səhifəsində yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Sədr müavini, professor Kamil Vəlinin vəfatı təkcə AXCP ailəsi üçün deyil, bütövlükdə xalqımız üçün ağır itkidir. Kamil Vəli prinspial mövqeli böyük ziyalı idi. O, ömrünün sonuna qədər cəbhə ideyasına və ziyalı mövqeyinə sadiq qaldı. Təsəllimiz budur ki, Kamil müəllim də ömrü ləyaqətlə yaşayıb, ləyaqətlə başa vurdu”, – Əli Kərimli bildirib.

Kamil Vəli Nərimanoğlunun ürəktutmasından vəfat etdiyi deyilir.

Tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu 1946-cı ilin avqustun 18-də Cəbrayıl rayonunda doğulub.

1970-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

O, 1989-cu ildə professor dərəcəsi alıb, 1988–1998-ci illərdə universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, Böyük Elmi Şuranın üzvü olub.

1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını alıb. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvü idi.

Nərimanoğlu 1991–1992-ci illərdə Türkiyənin Ege Universitetində, 1999–2000-ci ildə Şimali Kiprin Şərqi Akdəniz Universitetində dərs deyib.

Türkiyənin Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvü, Səlcuq Universitetinin fəxri professoru idi.

Türkiyənin İstanbul Yeditəpə Universitetində dərs deyirdi və Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinə rəhbərlik edirdi.

1998-ci ildə elmi araşdırmalarına və Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafına görə Türkiyə Prezidentinin fərmanı ilə “Şərəf və Ləyaqət nişanı” ilə təltif edilib.

2002-ci ildə xidmətlərinə görə Türkiyə Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun mükafatlarını alıb.

2004-cü ildə Bilkənd Universiteti və Türk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən dünyaca məşhur dörd elm və mədəniyyət xadimi ilə birgə mükafatlandırılıb.

Həmin il Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri üzvü seçilib.

Kamil Vəli Nərimanoğlu Azərbaycan Xalq Cəbhəsinin üzvü olub, daha sonra isə Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib. 

Partiya Ali Məclisinin Rəyasət Heyətində təmsil olunub.

O, 1993-cü ildə Azərbaycanın Baş naziri olub.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button