2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Kamran Əliyev: “İtkin düşən şəxslərin axtarışları antiterror tədbirlərindən sonra daha da genişləndirilib” 

“Lokal xarakterli antiterror tədbirlərindən sonra Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərin axtarışları daha da genişləndirilib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

O bildirib ki, itkin düşənlərin axtarışı davam edir: “Hazırda bu istiqamətdə işlər gedir”.

Baş prokuror vurğulayıb ki, Azərbaycan əvvəllər dəfələrlə Ermənistan rəhbərliyindən itkin düşən şəxslərin kütləvi formada dəfn edildiyi yerlərin xəritəsini tələb edib:

“Lakin onlar xəritələri vermirdilər, ya da səhv xəritələr verirdilər. İndi həmin ərazilər işğaldan tam azad olunub. Artıq aidiyyəti üzrə dövlət qurumları və Hərbi Prokurorluq itkin düşənlərin axtarışı üzərində işləyir”, – K.Əliyev söyləyib.

Qeyd edək ki, Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərində işgüzar səfərdədir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button