2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

"Kanal 13" rəhbərinə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb

“Kanal 13” yutub kanalının rəhbəri, qanunsuz ev tikintisinə görə həbs olunan Əziz Orucov hazırda pul qaçaqmalçılığında ittiham edilir. 

Toplum TV xəbər verir ki, bu barədə dekabrın 19-da “Turan” informasiya agentliyinə açıqlamasında onun xanımı Lamiyə Orucova bildirib.

Onun sözlərinə görə, Əzizi hələ ötən gün təcridxanadan Səbail rayon polis şöbəsinə aparıblar və bu gün orada istintaq aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil Bəhruz Bayramov da təsdiq edib ki, Orucov Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə bir qrup şəxs tərəfindən pul qaçaqmalçılığında ittiham olunub.

Əziz Orucov bu ittihamları əsassız adlandıraraq rədd edib. Bu maddə üzrə onu 7 ildən 12 ilə qədər azadlıqdan məhrumolunma təhlükəsi gözləyir.

Əziz Orucov 2017-ci ildə qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxmış və qanunsuz sahibkarlıq ittihamını ləğv etmişdi. 

Qeyd edək ki, bundan əvvəl “Abzas Media” işi üzrə həbs olunanlara da qaçaqmalçılıq maddəsi irəli sürülüb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button