2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Kanal 13"ün daha iki əməkdaşına qaçaqmalçılıq ittihamı verildi

“Kanal 13”ün daha iki əməkdaşına qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Toplum TV xəbər verir ki, bu barədə Meydan TV “Kanal 13”ün təsisçisi Anar Orucova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, kanalla əməkdaşlıq edən Şamo Eminov eyni cinayət işi üzrə dekabrın 22-də tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Ona Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, Şamo Eminov Gürcüstana gedib-gələrək, “Kanal 13” üçün oradan pul gətirib. Anar Orucov isə bildirir ki, Şamo Eminov əslən Gürcüstandandır, onun valideynləri orada yaşayır. O, Gürcüstana ata-anasını görməyə gedib.

Şamo Eminovun həyat yoldaşı Dürdanə Eminova Toplum TV-yə açıqlamasında evlərində axtarış aparıldığını bildirib:

“Dekabrın 22-də saat 11-də evdən çıxıb, müsahibə almağa gedib. Axşam saatlarında polisdən zəng gəldi ki, Şamonun diplomunu aparım Səbail Rayon Polis İdarəsinə. Orada nüsxəsini çıxarıb qaytardılar. Nə baş verdiyini soruşsam da, demədilər. Şamo saxlanılan günün axşamı evə qayıdanda gördüm ki, ev darmadağındır, onun noutbukunu götürüblər, evdə axtarış aparılıb. Amma biz evdə olmamışıq. 4 gün onunla əlaqə saxlaya bilməmişəm. Polisə dedim ki,  vəkil tutum, dedilər var, dedim heç olmasa nömrəsini verin əlaqə saxlayım, vermədilər. İndi Kürdəxanı İstintaq Təcridxanasının önündəyəm, görüş də vermirlər. Deyirlər, Şamo qaçaqmalçılıq edib, şokdayam. O Gürcüstana iyul ayında getmişdi, o da yaxınlarını ziyarət etmək üçün. Şamonun şərləyirlər, o peşə fəaliyyətinə görə həbs olunub”.

Şamo Eminovla yanaşı, “Kanal 13″ün hazırda inzibati həbsdə olan daha bir əməkdaşı Rüfət Muradlının da eyni cinayət işi üzrə istintaqa cəlb olunduğu və dindirildiyi bildirilir.

Əziz Orucov noyabrın 27-də saxlanılıb, ertəsi gün Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Məsələylə əlaqədar Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button