2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

«Kapital bank»ın rəhbərinə şok ittihamlar – İDDİA

Son vaxtlar ölkəmizin bank sektorunda müşahidə olunan problemlər, neqativ hallar «Kapital bank» ASC-dən də yan keçməyib. Belə ki, bankın həm mərkəzi ofisində, həm də ayrı-ayrı filiallarında xidmət səviyyəsi xeyli aşağı düşüb. Ki, bu da vətəndaşların haqlı narazılıqlarına gətirib çıxarıb. Daxil olan məlumatlara əsasən, hazırda 2 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərən bankda yaranan problemlərin əsas səbəbkarı idarə heyətinin sədri Rövşən Allahverdiyevdir. Xatırladaq ki, bir müddət əvvəl «Kapital bank” ASC-nin 2 saylı Səbayel filialının kassiri, heç bir səbəb olmadan işdən qovulan Rizvan Hüseynov bank rəhbərliyi ilə bağlı maraqlı mətləblərə toxunmuşdu. Nə Rövşən Allahverdiyev, nə də ki, digər aparıcı əməkdaşlar müharibə veteranı, şəhid ailəsi olan Rizvan Hüseynovun işdən çıxarılmasının səbəbini qanun çərçivəsində bildirmədilər. Halbuki Rizvan Hüseynov həmin bankın 8 il müddətində işçisi olub. Onu bu illər ərzində rəhbərlik qiymətli hədiyyələrlə və fəxri fərmanlara təltif edib. O, illərlə işlədiyi ”Kapital bank”dan kredit götürərək maşın, mənzil alıb. Hazırda “Kapital bank”a 50 min manatdan çox kredit borcu var: «Kapital bank” ASC-nin sədri Rövşən Allahverdiyevdən və müavinlərindən atam Əli Hüseynovu qəbul etmələrini xahiş etdim. Lakin müxtəlif bəhanələr gətirilərək bu günə qədər şəhid atası nə qəbul olundu, nə də ki, mən işə bərpa edildim. Ölkə başçısı bütün nazirlərin, komitə sədrlərinin mütəmadi olaraq regionlara göndərərək vətəndaşları yerindəcə qəbulunu təmin olunmasını və insanların pozulmuş hüquqlarının yerindəcə öz həllini tapmasını tapşırıb. Ələlxüsus da müharibə veteranlarının, məcburi köçkün ailələrinin, əlil və şəhid ailələrinin problemlərinin, pozulmuş hüquqlarının bərpa olunması barədə şəxsən göstəriş verib. ”Kapital bank” ASC-nin sədri Rövşən Allahverdiyev prezident sarayının təxminən 3-4 km-liyində işləyir, ölkə başçısının daxili siyasətinə açıq şəkildə kölgə salır. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə tamamilə zidd olaraq, yəni şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə hörmətsizlik etməklə qeyd olunan maddəni pozur. Müharibə şəraitində olan bir ölkədə şəhid atasının “Kapital bank” ASC-nin sədri Rövşən Allahverdiyev tərəfindən qəbul edilməməsi, övladı, müharibə veteranı Hüseynov Rizvan Əli oğlunun pozulmuş hüquqlarının bərpa olunmaması birbaşa ölkə başçısı İlham Əliyevin apardığı daxili siyasətin tam ziddinədir». Qeyd edək ki, bu hadisədən sonra şəhid atası Əli Hüseynov keçirdiyi stressdən yataq xəstəsi olub və həyatına təhlükə yaranıb. Məlumat üçün bildirək ki, Ağdam döyüşlərində şəhid olan Rabil Hüseynovun adını atası Əli Hüseynov Rizvan Hüseynovun övladına qoymaqla özündə təskinlik tapıb. Çox təəssüflər ki, Rövşən Allahverdiyev kimi məmurların səhv addımları şəhidimizin adını daşıyan 14 yaşlı Rabil Hüseynov atasının əvəzinə əgər belə getsə uzun müddət borc ödəməli olacaq». Bank rəhbərinin barəsində bu tip məlumatların sayı-hesabı yoxdur. Gundelik-baku.com-a verilən məlumatlarda bildirilir ki, ASC-nin idarə heyətinin sədri Rövşən Allahverdiyev tabeliyindəki bəzi işçiləri, o cümlədən bir neçə filial müdirini yersiz tələbləri ilə boğaza yığıb: «Bu adam işçilərə rahat iş şəraiti yaratmır. Onları daim təzyiq altında saxlayır. Filial müdirlərinin çoxu idarə heyətinin sədrinin özbaşına əməllərindən beziblər. Son aylar Rövşən Allahverdiyev filial müdirlərinin bonusunu kəsib. Səbəb kimi isə «kefim belə istəyir. Buranın ağası mənəm, nə istəyirəm onu da edərəm» deyir. Deyilənə görə, bank sektorunda yaşanan son problemlərdən sonra Rövşən Allahverdiyev bəzi məmurlarə, eləcə də iş adamlarına maliyyə kapitalını xaricə çıxarmaqda yaxından köməklik göstərib». Əldə etdiyimiz digər məlumatlara görə, bank rəhbərinin adı qaranlıq «obnaliçka»larda da çəkilir.
Bu barədə növbəti yazımızda ətraflı məlumat verməyə çalışacağıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button