2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Keçmiş bələdiyyə sədri və YAP-ın Gənclər Təşkilatının sədr müavininə hökm oxundu

Aytac Əliyeva və bacısı dələduzluqda ittiham olunur

Binəqədi Rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) uzun müddətdir davam edən məhkəməsi başa çatıb. Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə əsasən, keçmiş bələdiyyə sədri dələduzluq və başqa ittihamlarla 7 il azadlıqdan məhrum edilib. Bacısına isə 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

Aytac Əliyeva əvvəldən həbsdə olsa da, İlknur Turkut məhkəmə prosesi gedən dövrdə ev dustaqlığında idi. Hökm elan olunanda o da məhkəmə zalında həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

İttihama görə, Əliyeva bacıları özlərini qızıl-zinət əşyalarının alqı-satqısıyla məşğul olan, geniş əlaqələrə sahib şəxslər kimi təqdim edərək, müxtəlif adamları aldadıb, onların pullarını ələ keçiriblər. İddia olunur ki, Aytac və İlknur Əliyevalar zərərçəkmişləri aldadıb, ətraflarında yüksək vəzifəli şəxslərin olduğunu deyiblər, onlar üçün zinət əşyalarını həmin məmurlara sata biləcəklərini vəd ediblər.

Aytac Əliyeva və İlknur Əliyeva Turqut ümumilikdə 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluqda ittiham olunur.

Keçmiş bələdiyyə sədri həmçinin Binəqədi rayonu ərazisində torpaq satmaq, işə düzəltmək adıyla dələduzluq etməkdə, müxtəlif ərazilər üçün saxta sənədlər düzəldib, adamlardan pul almaqda ittiham olunur.

Lakin bacıların heç biri özünü təqsirli bilmir. Hökmdən əvvəl son sözlərində də təqsirsiz olduqlarını bildiriblər.

Mən həmişə qızıl alverilə məşğul olmuşam. Vaxtilə pul qazandırdığım, çörəyimi yeyən adamlar gəlib üzümə durdular. Biri elə bibim qızı…”, – İlknur Turkut son sözündə bildirib.

Aytac Əliyeva da vaxtilə onunla eyni süfrədən çörək yeyən adamların ona qarşı nankorluq elədiyini vurğulayıb. Onun sözlərinə görə, heç bir cinayət törətməyib, gəncliyini bu dövlətə qurban verib, bir çox işlər görüb:

“Təəssüf edirəm ki, vaxtilə yaxın olduğum media da məni baltaladı. Əvvəllər adımı internetdə axtarış verəndə gördüyüm işlər çıxırdı, son yazılanlardan sonra dələduz, həbs çıxır…”.

Aytac Əliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının sədr müavini olub.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button