2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Keçmiş deputata ikinci dəfə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat və sahibkar Dünyamin Xəlilovun və onunla iş birliyində olmuş Azad Cavadovun məhkəməsi başa çatıb. 

Məhkəmə Dünyamin Xəlilovu 14 il 6 ay, Azad Cavadovu isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 

Hər iki şəxs uzun illər Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevlə dost olublar. Bir neçə il əvvəl Dünyamin Xəlilov Cahangir Hacıyevlə bərabər həbs olunaraq uzunmüddətli cəzaya məhkum edilib. Həmin vaxt məhkəmə Cahangir Hacıyevə 16 il 6 ay, Dünyamin Xəlilova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi hər ikisinin cəzasının üstündən 3 ay götürüb. Daha sonra Dünyamin Xəlilov yenə istintaqa cəlb olunub. O və hazırda onunla bərabər həbsdə olan Azad Cavadov Cahangir Hacıyevlə əlbir olaraq sahibi olduqları şirkətlərin adından Beynəlxalq Bankdan ayrı-ayrı adamların adına milyonlarla kredit götürməkdə və qaytarmamaqda təqsirləndiriliblər. Məhkəməyə şahid kimi dəvət olunmuş şəxslər onların adına kredit xətlərinin açılmasından xəbərsiz olduqlarını bildiriblər. Məsələn, şahid Abuzər Əliyev məhkəməyə bildirmişdi ki, o, adına kredit rəsmiləşdirilməsindən bir neçə il sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılanda xəbər tutub. Məlum olmuşdu ki, 5 ildən çoxdur adına götürülmüş 500 min manat məbləğində kredit illər ərzində banka ödənməyib. Ailə üzvləri Dünyamin Xəlilovun əlaqə nömrəsini taparaq, ona bu barədə bildirəndə, Dünyamin Xəlilovun köməkçiai deyib ki, “narahat olmayın, Dünyamin müəllim hamısını ödəyəcək”. 

Saytların yığılması Saytlarin yigilmasi

Daha bir neçə şahid də məhkəmədə oxşar ifadə vermişdi.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button