2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Keçmiş professor dələduzluğa görə həbs edildi

Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində hökm elan olunduqdan sonra keçmiş professor Rövşən Vəliyevin (Rövşən Norvruzoğlu imzasıyla tanınır – red.) qollarına qandal vurulub. 

Toplum TV xəbər verir ki, o, dələduzluqda ittiham olunurdu və ev dustaqlığında idi. 

Rövşən Novruzoğluna qarşı irəli sürülən ittihama görə o, bir neçə nəfərə müxtəlif vədlər verərək ümumilikdə 80 min manatını ələ keçirib. Məhkəmə Rövşən Novruzoğlunu 6 il müddətinə azadlıqdan məhrum edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Rövşən Novruzoğlu təxminən 15 il əvvəl Milli Elmlər Akademiyasının üzvü, professor və politoloq kimi tanınırdı. Elə həmin illərdə saxta sənədlərdən istifadə etmə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb edilmişdi. Onun barəsində Baş Prokurorluğa şikayət Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuşdu. Qurum şikayətində gostərmişdi ki, Rövşən Novruzoğlu özünü Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək qurumun əməkdaşlarına qarşı dələduzluq edib. Onun barəsindəki cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparmışdı və o, məhkum edilmişdi. Azadlığa buraxılandan sonra isə heç bir fəaliyyəti yox idi. 

Ötən il onunla bağlı ayrı-ayrı vətəndalardan yenə şikayətlər daxil olub. Araşdırma nəticəsində onun bir neçə nəfəri müxtəlif yollarla aldadaraq, yalan vədlər verərək ümumilikdə 80 min manatlarını dələduzluq yolu ilə ələ keçirdiyi üzə çıxıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button