2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Keçmiş səfir: “Liderlər Qubad İbadoğlunun azad olunması üçün İlham Əliyevə təzyiq göstərməlidirlər”

“Əks halda, o da Aleksey Navalnı kimi həbsxanada ölə bilər”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç (Richard Kauzlarich) hazırda həbsdə olan azərbaycanlı iqtisadçı, professor Qubad İbadoğlu barəsində yazıb.

O, “X” (keçmiş “Twitter”) platformasında yazıb ki, əgər Azərbaycan Prezidenti İlham Əliyev Münhen Konfransında iştirak edəcəksə, digər liderlər ona təzyiq göstərməlidirlər ki, qeyri-qanuni həbs olunmuş Qubad İbadoğlunu azad etsin:

Saytların yığılması Saytlarin yigilmasi

“Əks halda, o da Aleksey Navalnı kimi həbsxanada ölə bilər”.

Riçard Kozlariç
Foto: Turan İA

Prezident İlham Əliyev Münhen Konfransında iştirak edəcək. O, fevralın 16-dan bu şəhərdədir və bəzi görüşlər keçirib. Məsələn, Amerika Birləşmiş Ştatları prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub. Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

O, həmçinin İsrail dövlətinin prezidenti İsxak Hersoqla da görüşüb.

Rəsmi məlumata görə, söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunulub.

Fevralın 17-də “Beynəlxalq iqlim diplomatiyasının perspektivləri” mövzusunda panel müzakirələrində digər iştirakçılarla yanaşı, İlham Əliyev də çıxış edəcək. Bu barədə Münhen Təhlükəsizlik Konfransının proqramında bildirilir.

İqtisadçı Qubad İbadoğlu isə Azərbaycanda iyulun 24-də saxlanıb. Barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib, sonradan həbs müddəti artırılıb. Ona qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button