Now Reading:
Kiyev sakinləri Aİ ilə viza rejimin qeyd edir VİDEO

Kiyev sakinləri Aİ ilə viza rejimin qeyd edir VİDEO

Kiyevdə on mindən artıq insan Avropa İttifaqı ilə vizasız rejimin qüvvəyə minməsini qeyd etmək üçün küçələrə çıxıb. Bu xəbər ölkə prezidenti Pyotr Poroşenko tərəfindən rəsmən elan edildikdən sonra insanlar dünən gecə şəhər mərkəzində toplanıb. Böyük əksəriyyəti gənclərdən ibarət olan nümayişçilər əllərində Ukrayna və AB bayraqları tarixi günü böyük sevinclə bayram ediblər.

Prezident Pyotr Poroşenko Avropa meydanında toplaşan ukraynalılara müraciət edib: “Budur, qardaşlar, ukraynalılar, nəhayət, tale üzümüzə gülümsədi. Tək bizim deyil, bir neçə nəsil əcdadlarımızın mübarizə apardığı xəyallar gerçək oldu… Bu əlamətdar hadisə dövlətimizin Rusiya imperiyasından, Ukrayna demokratiyasının avtoritar rus dünyasından qopması kimi tarixdə qalacaq…”.

O, sözlərinə Lermontovun sözləri ilə davam edərək deyib: “Əlvida, yuyulmamış Rusiya, ağalar  ölkəsi, qullar ölkəsi. Siz mavi mundirlilər və onlara sadiq xalq…”.

Bundan sonra Poroşenko Rusiya xalqına Puşkinin sözləri ilə müraciət edib: “Yoldaş, inan buna, deyirəm sənə
Bir gün səadətin cazib ulduzu
Doğacaq, Rusiya ayılacaqdır,
Onda mütləqiyyət xərabəsinin
Üstündə adımız yazılacaqdır”.

[youtube www.youtube.com/watch?v=9MMeaUT5Gno?feature=oembed&w=500&h=281%5D

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.