2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Köçkün tələbələrin təhsil haqqı ilə bağlı – RƏSMİ AÇIQLAMA

“Azərbaycanda dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslara qəbul olunan məcburi köçkün tələbələr əvvəlki qaydada təhsillərini davam etdirəcək”. 
APA-nın məlumatına görə, bunu Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib.  Ə. Həsənov deyib ki, ödənişli ixtisaslar üzrə təhsil alan məcburi köçkün tələbələrin ödənişdən azad edilməsi qüvvədə qalacaq: “Bundan sonra da məcburi köçkün tələbələr dövlət ali məktəblərində təhsil aldıqları müddətdə ödənişdən azaddırlar. Bu güzəştin ləğvi nəzərdə tutulmayıb”.
Dövlət Komitəsinin sədri məcburi köçkünlər üçün şəxsiyyət vəsiqələrinin rüsumsuz alınmasının da qüvvədə qalacağını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button