2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Kolin” firmasının inşaatçılarının olduğu avtobusun qəzaya uğraması barədə

Bakı/07.02.22 Fevralın 6-da Xocavənd rayonunda Füzuli-Şuşa yolunda “Kolin” şirkətinin inşaatçılarının olduğu avtobus yol-nəqliyyat qəzası törədib. Avtobusda olan 22 nəfər xəsarət alıb, Daxili İşlər Nazirliyindən bildiriblər.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 16 nəfəri Bakıya gətirilib.

11 nəfər Türkiyə vətəndaşıdır, iki nəfərin vəziyyəti ağırdır. Qalanları Füzuli rayon xəstəxanasına yerləşdirilib, bu barədə bazar ertəsi Səhiyyə Nazirliyi məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

“Kolin” şirkətində şərh verməkdən imtina ediblər.

Öz növbəsində, Avtomobil Nəqliyyatı Agentliyi bildirib ki, ilkin məlumata görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Hadisə tikilməkdə olan yolda tunellərdən birinə dönüşdə baş verib.

Türkiyənin “Kolin” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsilə məşğul olan böyük tikinti şirkətidir. Əsasən yollar, tunellər, körpülər inşa edir. -02B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button