Loading...
Loading...
İqtisadiyyat

Koronavirusla bağlı risklərin azalması fonunda neft qiymətləri artır

Pandemiyadan sonra dünya iqtisadiyyatı perspektivləri ilə bağlı narahatlıqların azalması neft qiymətlərinin artmasına səbəb olub.

Bakı vaxtı ilə saat 09.14-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,34 % bahalaşaraq, 1 bareli 68,6 ABŞ dollarına, oktyabr fyuçerslərinin qiyməti isə 0,29 % qalxaraq, 1 bareli 68,94 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti 0,21 % bahalaşaraq, 1 bareli 65,78 ABŞ dolları təşkil edib.

COVID-19 virusunun yayılma templərinin azalması ilə əlaqədar olaraq neft bazarında müsbət əhval-ruhiyyə müşahidə olunur. Mətbuatın məlumatına görə, dünyanın ən böyük neft idxalçısı olan Çində dünən “delta” ştamına bir yoluxma halı belə qeydə alınmayıb.

Analitiklər neft bazarının perspektivlərini ümumi olaraq müsbət qiymətləndirirlər.

report

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  "Dilənçiyə" çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button