Loading...
Loading...
Cəmiyyət

Kranın başına çıxan gənc 7 saat sonra özünü atıb – VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində intihar hadisəsi qeydə alınıb. Kranın başına çıxan gənc intihar edəcəyini bildirib, bu fikrindən daşındırmaq üçün xilasedicilər onunla saatlarla söhbət aparıblar. 

Amma bu cəhdlərin faydası olmayıb. Belə ki, həmin şəxs 7 saat sonra özünü atıb və hadisə yerində vəfat edib. Araşdırmalar nəticəsində intihar edən gəncin, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Yusifov Mikayıl Mehman oğlu olması məlum olub. Onun intiharı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, Mikayıl Yusifov sentyabrın 17-də səhər saat 08 radələrində Masazırda yeni tikilən binanın kənarındakı yük kranının üstünə çıxıb. Onun intiharının qarşısını almaq üçün əraziyə xilasedicilər, psixoloqlar və Mikayılı tanıyan şəxslər dəvət edilsə də, 6-7 saat ərzində aparılmış söhbətlər nəticə verməyib. Yekunda 23 yaşlı oğlan saat 14 radələrində özünü ataraq həyatına son qoyub.

M.Yusifovin sevdiyi xanıma görə bu addımı atdığı bildirilir.

24 saat” “Kranın başına çıxan gənc 7 saat sonra özünü atıb – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Şirvanda Vətən Müharibəsi iştirakçısı özünü yandırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button